emeliyyat

Estetik əməliyyatlarda ən çox hansı səhvlərə yol verilir?

Baxış sayı: 1. 439

Gözəlləşmək naminə edilən estetik əməliyyatlar bəzən xəyal qırıqlığı ilə, səhvlərlə nəticələnə bilir. Estetik Cərrahı Mütəxəssisi Prof. Dr. Erol Kışlaoğlu estetikada ən çox qarşılaşılan bir neçə səhvi izah edir.
Səhvli estetik əməliyyatlar nəticəsində gözəlləşmək naminə əzab əkən, bıçaq altına yatan bir çox adam xəyal qırıqlığı yaşayır. Səhvli estetik əməliyyatlar yalnız insanların psixologiyasını deyil, sağlamlığını da mənfi təsir etmə riski daşıyır.

Səhv sinə estetikası
Prof. Dr. Erol Kışlaoğluna görə sinə böyütmə əməliyyatlarında ən böyük problem xəstəylə həkim arasında doğru bir ünsiyyətin təmin edilə bilməməsi və sinə ölçüsündə ortaq bir qərara gəlinməməsidir.
Bunun nəticəsində xəstə yeni ölçüsünə öyrəşə bilmir ya da başda bəyənsə belə sonra ona uyğunlaşa bilmir. Sinə böyütmə əməliyyatlarında da digər estetik əməliyyatlarda olduğu kimi ən böyük problem təbii olmayan nəticələr olaraq önə çıxır. Çox böyük protezler təbii nəticələr vermir.
Başlıca sinə estetik səhvləri:
– Təbii olmayan, uzaqdan baxıldığında sərt iki kürə kimi dayanan sinələr.
– İki sinə arasında bərabərsizlik, asimmetrik görünüş.
– Protezlərin zaman keçdikcə xəstəni narahat edəcək qədər böyük olması.
Səhv dodaq dolğunlaşdırma
Burun kimi dodaq da üzün ən diqqət çəkici bölgəsi olduğundan, ediləcək ən kiçik bir səhv dərhal diqqətə çarpır. Prof. Dr. Erol Kışlaoğlu, dodaq dolğunlaşdırmaq məqsədiylə adamın öz toxumamsından istifadə edilə biləcəyini və ya hyalüronik turşu kimi təbii maddələrin seçim edilə biləcəyini bildirir.
Başlıca dodaq dolğunlaşdırma səhvləri:
– Çox süni və şiş görünüşlər.
– Bədənlə uyğun olmayan plomb maddələrinin yaratdığı, həm görünüş həm də sağlamlıq baxımından problem yaradan komplikasiyalar.

Səhv saç əkmə
Saç əkmək sadə kimi görünsə də, həm xəstə həm də həkim baxımından son dərəcə əhəmiyyətli və diqqət istəyən bir əməliyyatdır. Mikro implantasiya üsulunda hər bir saç kökü tək-tək alınaraq əkilir. Bu əməliyyatda səbir göstərilmədən ya da təcrübəli əllər tərəfindən edilməzsə bir çox problem yarana bilər.
Saçlar alın və gicgahlardakı girintilərə diqqət edilmədən əkildiyində, başın üst qisimində toplanan saçlar çevrə şəklində parikə bənzəyən bir görünüşün meydana gəlməsinə səbəb olar.
Başlıca saç əkmə səhvləri:
– Parikə bənzəyən, təbii olmayan görünüş.
Saç köklərinin tək-tək deyil bir yerdə əkilməsi səbəbindən, bir kökdən çıxan onlarla saç teli.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir