Ətir alarkən bunlara diqqət edin – Saxta ətirlər…

Baxış sayı: 1. 478

Saxta ətirlərdən istifadə etməyin. Həkimlər belə ətirlərin insan sağlamlığında ciddi fəsadlara yol açdığını deyirlər.

Onların sözlərinə görə, 80% ətir spirtinnən ibarət olan saxta ətirlərin tərkibində müxtəlif zəhərli birləşmələr olur. Həmin zəhərli birləşmələr dəri ilə təmasda olduqda, dəridə ləkələrin yaranmasına, eyni zamanda xərçəngə səbəb olur.

Saxta ətirlər allergik xəstələrdə, xüsusilə bronxial astmalı insanlarda xəstəliyi kəskinləşdirə, astma tutmalarının sayını artıra bilər. Odur ki, ətir alarkən görünüşə və sərfəli qiymətə aldanıb tez qərar verməyin. Yüz ölçüb, bir biçmək lazımdır ki, gözəllik və təravət uğrunda sağlamlığınızı qurban verməyəsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir