Ətir vuran kişilər TƏHLÜKƏ qarşısında!

Baxış sayı: 494

Ətir və antipresperantların tərkibində kimyəvi maddələrin olduğu heç kimə sirr deyil. Məhz tərkibinə görə ətirlərin kişilərdə sperma sayını azaldaraq sonsuzluğa səbəb olduğu ortaya çıxıb.

Ətir və antipresperantların tərkibində olan kimyəvi maddələr həm dəri, həm də tənəffüs yolu vasitəsilə orqanizmə daxil olur. Mütəxəssislər bunun kişilərdə testosteron hormonunun funksiyasını pozaraq, sperma keyfiyyətini aşağı saldığını, nəticədə sonsuzluq kimi problemlərə yol açdığını deyir.

Ətir sonsuzluqla yanaşı xərçəng də yaradır. Çox istifadə edilərsə, bədənə böyük ziyan vura bilər. Bir çox ətirdə istifadə edilən “fitalat”lar kişilərdə ifrazat funksiyalarının pozulmasına səbəb olur. Eyni zamanda bu maddələr allergik təsirə səbəb olur.

Ətir tərli ikən pis qoxunu ört-basdır etmək üçün deyil, təmiz ikən tərlədiyinizdə tər qoxusunun bilinməməsi üçün vurulmalıdır. Çox yaxından vurulması düzgün deyil, uzaqdan vurun. Ətirləri geyimə vurmaq lazımdır, bədənə yox. Bədəninizə çox ətir vurmusunuzsa, mütləq duş qəbul edib ətir qalıqlarından təmizlənin.

Ətrin dəri ilə təmasından və nəfəsə çəkilməsindən qorunun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir