zibil

Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik

Baxış sayı: 614

İndi su içdiyiniz butulka sabah meyvə-tərəvəz yuduğunuz ləyən, hətta oturacaq formasında qarşınıza çıxacaq. Bir qədər sonra isə onun üstündən yeriyib keçəcəksiniz. Necə ? Elə bu yazıda sizə onlardan bəhs edəcəyik.

Təkrar emal prosesini başa düşmək olduqca vacibdir. Ancaq insanlarda bu məsələ ilə bağlı bir sıra səhv fikirlər və boşluqlar mövcuddur. Bəs, insanlara tullantıları çeşidləməyə dair hansı yanlış fikirlər mane olur ?

Beləliklə, bununla bağlı bir neçə məqamı sizə təqdim edirik:

1. Azərbaycanın iri şəhərlərində bir neçə ildir ki, zibilin ayrı-ayrı yığılması üçün konteynerlər var. Məsələn, salfeti “Kağız” yazısı olan bölməyə atmaq çətin deyil, lakin ev tullantıları ilə nə etməliyik? 

Çalışdığımız qədər bir çox şeydən, məsələn, plastik butulkalardan imtina etmək lazımdır.
Konteynerdən zibili əl ilə seçmirlər, ona görə də qida tullantıları, plastmas və sim parçaları emal cihazına düşür, onu çirkləndirir, mexanizmləri qırır və emal müəssisələrin əməkdaşları üçün təhlükə yaradır. Bu problemlərə yol verməmək üçün yazılara etinasızlıq göstərmədən tullantıları müvafiq bölmələrə atmaq lazımdır.

2. Ancaq bir materialdan olan zibili təkrar emal etmək mümkündür. 

Əslində müasir maşınlar bəzi əşyaları tərkib hissələrinə görə ayırmağa imkan verir. Qablaşdırma istehsalçıları isə məhsulu təkrar emal üçün maksimal dərəcədə yararlı etməyə səy göstərir.
Zibil emal edən zavodların yeni avadanlıqları dəmir tullantıları maqnitlə dartmağa şərait yaradır. Əlbəttə, yenə də, yuxarıda qeyd etdiyimiz kimi, ağıllı mexanizmlərə ümid bəsləyərək, hər şeyi bir konteynerə atmaq məsləhət deyil. Əgər siz tez-tez eyni zibili atırsınızsa, onun tullanılması üçün bölməni səhv salmamağa çalışmalısınız. Buna görə istehsalçıdan qablaşdırmanın tərkibini dəqiqləşdirməlisiniz.

3. Zibilin təkrar emalı kasıb insanları qazancdan məhrum edir? 

İşsizlik problemi müəyyən dərəcədə hər ölkədə var. Bir çox işsizlər zibil qutularında tapdıqları şüşə butulkaları və alüminium məhsulları emal zavodlarından birinə təhvil verərək, çörək pulu qazanır. Onlar həqiqətən küçələrdəki təmizliyə köməklik edirlər və həmin insanlar uzun illər boyu tullantıların təkrar emalında əsas faktorlardan biri idilər. Qeyd edək ki, zibil yığımı ilə məşğul olan insanların 70%-dən çoxu öz tapdıqları tullantıları şəhərdəki təkrar emal sisteminə cavabdeh olan eyni şirkətlərə təhvil verir. Yığıcılar qruplaşıb belə müəssisələrin qeyri-rəsmi əməkdaşına çevrilirlər. Yəni onlar üçün hər hansı bir şəxs və ya şirkətlə rəqabət aparmaq mənasızdır. Ona görə siz zibili ayıraraq tullayanda, onları toplayan insanları gəlirindən məhrum etməyəcəksiniz.

4. Yanlış bildiyimiz məqamlardan biri də odur ki, guya zibili ancaq bir dəfə təkrar emal etmək olur.

İş orasındadır ki, metaldan olan tullantıları və şüşəni praktiki olaraq sonsuzadək təkrar emal etmək mümkündür. Hətta onların bu zaman keyfiyyəti də itmir.
Kağız ilə isə vəziyyət başqadır. Təkrar emal zamanı oduncağın lifləri nazikləşir, yeni vərəqlərin keyfiyyəti pisləşir. Kağız tullantılarını maksimum 7 dəfə təkrar emal etmək mümkündür.

Plastik məmulatların yenidən emalı ondan da az təkrar olunur. İkinci utilizasiyadan sonra ondan ancaq qida məhsulları üçün nəzərdə tutulmamış əşyalar hazırlamaq olar. Üçüncü dəfə emalda tullanılmış plastik butulka ləyənə çevriləcək. Daha sonra oturacağın bir hissəsi olacaq. Dəfələrlə təkrar emaldan sonra onu digər materiallarla qarışdırırlar və asfalt örtüyünə əlavə edirlər.

5. Təkrar emal mənasız bir layihədir. 

Bu sözü tez-tez eşidirik. Amma təbii ki, bu yanlış düşüncədir.
Təkrar emal zibilxanalarda zibil miqdarını azaltmaqla yanaşı, hava çirklənməsini və bakteriyaların artmasının da qarşısını alır. Əlavə müsbət cəhəti yeni iş yerlərinin yaranmasıdır. Məsələn, ABŞ-da zibil təkrar emalı sənayesi 1,25 milyon adamı işlə təmin edir. Bu, sadəcə dövlət proqramı deyil, həm planetin ekologiyası və əhalinin sağlamlığı üçün faydalı, həm də ölkənin maliyyə sistemi üçün sərfəli olan bütöv bir dinamik şəkildə inkişaf edən innovasiya sahəsidir.
Sonda onu da qeyd edək ki, təkrar emal sənayesi daima müasir innovasiyalarla tamamlanır, mütəxəssislər zibilin dəfələrlə istifadəsi üçün yeni yollar axtarır. Tullantıları çeşidləməyə davam etsək, təbiəti də böyük təhlükədən qorumuş olarıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir