ev

Ev alanda yaşamaq icazəsi verilən 10 ölkə – MƏBLƏĞLƏR

Baxış sayı: 1. 663
Ev alaraq kirayə vermək artıq uzun müddətdir ki, öz aktuallağını saxlayır. Hətta bəzi şəxslər bu üsulu əcnəbi ölkələrdə də həyata keçirirlər. Əksər ölkələrdə investisiya yatıran xarici vətəndaşlara əlverişli təkliflər edilir. Belə təkliflərdən biri də əcnəbi ölkədə ev alan şəxslərə edilir. Bir neçə ölkə var ki bu ölkələrdən mənzil alınan xarici vəıtəndaşa müvəqqəti yaşamaq hüququ verilir.Qeyd edək ki belə ölkələrin sayı hər il artır. Ev alacağınız təqdirdə hansı ölkədə müvəqqəti yaşamaq hüququ veriləcək ölkələrin siyahısını təqdim edirik.
Türkiyə
Türkiyədə ev alaraq yaşamaq hüququ almaq çox asandır. Cəmi 45 min avroluq ev almaqla bu ölkədə müvəqqəti yaşamaq hüququ qazana bilərsiniz. Ev aldıqdan sonra polisə müraciət edərək Türkiyədə mülkə sahib  olduğunuz barədə sənədi, bank hesabından çıxarışı və vizasını təqdim etməlisiniz. Bundan sonra Türkiyədə yaşamaq haqqında icazə sənədi verilir. İlkin icazə 6 ay müddətinə verilir. Sonra bu müddət daha iki il uzadılır. Lakin bu ölkədə müvəqqəti yaşamaq hüququ sizə digər Avropa ölkələrinə getməyə icazə vermir. Çünki Türkiyə Şenqen ölkələri sırasına qoşulmayıb.
BƏƏ
Dubayda müvəqqəti yaşamaq üçün isə 97 min avroluq ev almaq lazımdır. Amma bu hüquq 3 il müddətinə verilir. Lakin belə hallarda olur ki, 3 ildən sonra bu ölkədə evi olan şəxs yenidən BƏƏ müvəqqəti yaşamaq sənədini əldə edə bilmir. Digər bir mənfi tərəf isə ev alnın ailə üzvlərinə müvəqqəti yaşamaq hüququnun verilməməsidir. Amma hökumət hazırda bu sahədə islahatlar aparır və qaydaların sadələşdirilməsini həyata keçirməyə çalışır.
Gürcüstan
Bu ölkədə də mülk alaraq vətəndaşlıq almaq olar. Amma siyahıda adları hallanan ölkələrdən fərqli olaraq Gürcüstanda mülk alaraq müvəqqəti yaşamaq hüququ qazanmaq daha çətindir. Gürcüstanda 35 min dollar ev alan hər bir əcnəbi vətandaş, aidiyyatı orqana vətədaşlıq almaq üçün müraciət edə bilər. Beləki bu ölkədə evinizin olmağı hər şey demək deyil. Bundan əlavə iki nəfər Gürcüstan vətəndaşı da haqqınızda müsbət rəy söyləməlidir. Bundan sonra bir illik müvəqqəti yaşamaq hüquqi qazana bilərsiz. Bu müddəti uzatmaq da olar. 5 il Gürcüstanda yaşayan, ev alan və ya öz biznesini açan, bundan başqa Gürcü dili və tarixindən uğurla keçən şəxs bu ölkənin vətəndaşı ola bilər.
 
İspaniya
Bu ölkədə vətəndaşlıq almaq üçün 500 min avro dəyərində ev almaq lazımdır ki, vətəndaşlıq əldə edə biləsən. Belə ki, göstərilən məbləğdə mülk alan şəxsə qızıl viza verilir. Bu viza ilə adı çəkilən ölkədə vətandaş kimi yaşaya bilərsiz. Amma bir şətrlə ki, hər il bu ölkədə ən azı 183 gün yaşayasız. Qeyd edək ki, 500 min avroya siz Kosta-blanka sahillərində 850 kv metr ərazisi olan malikanə ala bilərsiz.
Latviya
Pribaltika ölkəsi Latviyada 250 min avro ödəyərək ev almaqla bu ölkədə yaşamaq hüququ əldə etmək olar. Bundan başqa əmlakın məbləğinin 5 faizi qədər vergi ödənməlidir. Bundan sonra həmin şəxsə sürücülük vəsiqəsi və Latviyada işləmək imkanı verilir. Qeyd edək ki, Latviya sürücülük vəsiqəsi ilə bütün Avropa ölkələrində avtomobil idarə etmək olar. Amma hazırda yaşamaq hüququ almaq istəyən əcnəbi vətəndaşlara qarşı xüsusi qaydaların tətbiqi hazırlanır. Belə ki, Latviya hökuməti Rusiya vətəndaşlarına Latviyada mülk almaqla yaşamaq hüququ verilməsinə narazıdırlar. Buna görə də yeni qanunda Rusiya vətəndaşlarına bu ölkədə mülk almağına icazə verilməyəcəkdir. Bundan başqa əcnəbi vətəndaşların evində istənilən vaxt araşdırma aparılmasına icazə verilməsi müzakirə olunur.
Bolqariya
Bolqariyada yaşamaq hüququ qazanmaq üçün 300 min avro dəyərində ev almaqla əldə edə bilərsiz. Qeyd edək ki, bu ölkədə mənzil almaqla siz müvəqqəti yaşamaq hüququ qazanırsız 5 il bu ölkədə yaşadıqdan sonra isə  vətəndaşlıq hüququ qazanmış olursuz.
Kipr
Ada ölkəsində 300 min avro dəyərində ev almaqla Kiprdə yaşamaq hüququ qazanırsız. Lakin bir şərtlə ki, ev yeni olmalıdır. Bu həyət evi də ola bilər və ya bina evindən mənzildə ola bilər. Amma ev almaqla hər şey bitmir. Bundan əlavə illik gəliriniz 30 min avrodan az olmamalıdır. Həmçinin  Kipr banklarının birin də 30 min avro pulunuz olmalı bundan əlavə heç vaxt məhkum olmamalı və ya istintaqa cəlb olunmamalısınız. Əks təqdirdə Kiprdə yaşamaq hüququ haqqında düşünməyə belə dəyməz.
Çexiya
2001-ci ildən Çex Respublikası əcnəbilərə bu ölkədə uzun müddətli yaşamaq üçün qaydaları sadələşdirib. Belə ki, 40 min avro dəyərində hətta bir otaqlı ev almaqla belə bu ölkədə yaşamaq hüququ qazanmaq olar. Bu zaman viza  kimi sənəd verilir. Bu sənədin vaxtını iki il müddətinə uzatmaq olar. 5 il bu ölkədə yaşadıqdan sonra isə polisə müraciət edərək daimi yaşamaq haqqında icazə ala bilərsiz.
Yunanıstan
Yunanıstan bu ölkədə mənzil alanlara 5 il Yunanıstanda yaşamaq icazəsi verir. Alınacaq mülkün dəyəri isə 250 min avrodan az olmamalıdır. Qeyd edək ki, əmlak almaqla investisiya yatıran şəxslərin yaxın ailə üzvlərinə də bu ölkədə yaşamaq hüququ verilir
Kosta-Rika
Bu ölkədə vətəndaşlıq almaq üçün 200 min dollara mülk almaqla bu ölkənin vətəndaşlığını əldə edə bilərsiz. Amma bu hələ son deyil. Kosta-Rika vətədaşı olduqdan sonra asanlıqla İspaniya vətəndaşlığı ala bilərsiz. Cəmi 4-5 ay ərzində Kosta-Rika vətəndaşları İspaniya yaşamaq üçün müvəqqəti yaşayış sənədi əldə edirlər. İki ildən sonra isə İspaniya vətandaşı olmaq hüququnu qazanırlar.
Qeyd edək ki, yuxarıda adaları sadalanan ölkələrdən başqa  Litva, Panama, Malta, Portuqaliya, Böyük Britaniya, Malayziya, Qatar, Seyşel adaları, Baham adaları, Mavrikiya və İrlandiyadır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir