bina

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: “Ucuzlaşma ehtimalı…” – DURĞUNLUQ !

Baxış sayı: 913

“Hazırda mənzil bazarı ölü vəziyyətdədir. Nə alıcılar,  nə də satıcılar hansısa addımlar atmaq istəyirlər”.

Bu sözləri  əmlak üzrə ekspert, iqtisadçı Rəşad Əliyev deyib.

Ekspert hesab edir ki,  satıcılar evləri əvvəlki qiymətə satmaq iqtidarında olsaydılar bunu böyük həvəslə edərdilər:

bina

 

“Lakin bazarda alıcı aktivliyi hiss olunmur, ciddi durğunluq var.  Bu isə təbiidir. Qeyri-müəyyənlik dövründə həmişə  belə olur. Üstəlik də qiymət artımından daha çox enmə ehtimalı mövcuddur.

Hazırda əmlak alınması üçün uyğun vaxt olmadığını vurğulayan R. Əliyev deyib ki, bu səbəbdən alıcı azlığı qiymət azalmasına təsir edəcək:

“Qeyri-müəyyənlik hazırda 2 məsələ ilə bağlıdır: Birinci, karantin tədbirləri nə qədər çəkəcək? İkinci, manatın məzənnəsinin taleyi necə olacaq? Ona görə də indiki halda əmlak alışı vətəndaşları ən az düşündürən məsələdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir