kino

Ev kinoteatrının istifadəsi üçün məsləhətlər

Baxış sayı: 1. 262

Evdə kinoya baxmağın ləzzəti ayrıdır. Soyuq havalarda isə bu istək daha da artır. Xüsusilə qış aylarında evdə kinoteatr abu-havası yaratmaq üçün televizordan daha artığına ehtiyacınız olacaq. Sizə o, “daha artığı” izah etmək üçün buradayıq. Sizin üçün topladığımız məsləhətləri oxumadan kinoya baxmağa başlamayın. “Gencaile.az” sizə indidən xoş istirahətələr arzu edir!

 

 

1. Kinoteatr abu-havası üçün evinizin ən sevdiyiniz küncünü tapın.

Evdə kinoteatr zövqünü yaşamaq üçün evdə ən sevdiyiniz hissəni seçin. Daha sonra televizor, ev kinoteatr sistemi və bənzər əşyaları bu küncə yerləşdirin. Əlbəttə bu hissəni sevirsiniz deyə işığın düşməsin ilə ekranın parlamasını da göz ardı etməyin. Kreslonun uzaqlığı isə sizə qalıb.

 

2. Kiçik otaqlarda soundbarı sınayın

HD film təsvirli bir çox müasir televizor, əslində əməlli basil güclü səs verir, ancaq heç biri ev kinoteatr səs sistemini əvəz etmir. Evinizdə yer yoxdusa soudnbar əldə etməyi düşünə bilərsiniz.

Bu cihaz,  incə çubuq içərisində bir çox  səs gücləndirisinin olmasıdır.   Bəzi televizorların tam altına montaj olunarkən, möhkəm bəzi modellərin üstünə belə televizor yerləşdirilə bilər və kinoteatr abu-havası tamamlanmış olar.

 

3. Kinoteatrlarda divarı titrədən bas üçün yer açın.

İdeal ev kinoteatrları üçün səs sistemi olaraq digər üsul da dərin bas səs gücləndiriciləri yerləşdirməkdir. Ancaq bu cihazın tam olaraq çalışması üçün, onun səsini boğacaq və qulağınızı narahat edəcək uğultunun gəlməməsi üçün gərəksiz qutu və digər əngəlləri aradan qaldırmağınız lazımdır. Kinoteatrlar da bənzər xüsusiyyətli səs gücləndiriciləri ilə çalışır.

 

4. Kitab rəflərınə səs gücləndirici  yerləşdirin.


Evdə film izləməkdən zövq ala biləcək başqa bir dəyişiklik, səs gücləndiricilərinizi ayırmaq və onları strateji yerlərdə yerləşdirməkdir. Ideal üsul, dinamikləri 4 müxtəlif küncə qoymaqdır. Kiçik boyda olan dinamiklər kitab rəflərinə və televizorun sağ və sol tərəfinə yerləşəcək, beləliklə kinoteatr abu-havası yaradarkən səsin də bərabər yayılmasını təmin edəcəksiniz.

 

5. Surround səs sistemini yaxşı yerləşdirin.

Surround səs sistemi, evdə film izləməyin pik nöqtəsidir. Bu qarışıq səs sisteminin tərkibində 6 səs kanalı və dinamika var; mərkəzdə, sağda və solda, 2 arxa və 1 dərin bas dinamika. Bu cihazdan istifadənin ən çətin hissəsi arxa gücləndiriciləri yerləşdirməkdir. Bu səbəbdən bunları divara montaj edə və ya divarın uzaq iki nöqtəsinə yerləşdirə bilərsiniz.

 

 

6. 3D təsvir istəyirsinizsə oturma bucağınız önəmlidir!

İstər kino, istərsə də cizgi filmi izləyin, 3D bugünkü kino dünyası üçün əvəzsizdir. Keyfiyyətli 3D televizor aldıqdan sonra orada necə film izləyəcəyiniz önəmlidir. Normal kresloda oturub başınızı çevirdikdə 3D təsirinin pozulmasına və hətta baş ağrısına səbəb ola bilər. Bu cür görüntü üçün dik oturmağa diqqət etmək lazımdır.

 

7. Bucaqları  kontrol edin.

Bəzi  HD TV modelləri geniş bucaqlardan izləyə bilərsiniz, ancaq bəziləri sizi tam ortadan izləməyə məhkum edir. Yeni bir oturma dəsti almazdan və ya evinizin bəzi yerlərini deşmədən öncə, televizorunuzun hansı bucaqdan daha yaxşı izləndiyini control edin.

 

8. Parıldamalara diqqət yetirin.

Kinoteatrlar əslində sizə bəyaz pərdədən film seyr etdirir, beləliklə parlama problem ilə rastlaşmazsınız. Evdə film izləmək kefinizi pozacaq əsas məqamlardan biri ekrana işıq düşməsidir. Belə olduqda film izləməkdən zövq ala bilmirsiniz. Televizorunuzu təbii işığa saat istiqamətində kölgəyə çevirə biləcək şəkildə yerləşdirməyə çalışın. Qaranlıq pərdələr də işinizi görər. gecə lampalarının yerini də ona görə seçin və ya heç yandırmayınş

 

9. Bir qıvrımla iki üstünlükdən yararlanın.


Evdə bucaq və işıq problimi həll etməyin bi yolu var: Qıvrımlı televizor. Ancaq bu yeni texnologiyalı  televizorlar nisbətən bahadır.

 

10. Səs izolyasiyasına diqqət edin.

Evdə kinoteatr quraşdırmaq əla fikirdir amma binalarda divarların nə qədər nazik olduğunu bilərək qonşularımızı da düşünməliyik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir