limonad

Evdə asanlıqla hazırlayacağınız 5 qeyri-adi yay limonadı

Baxış sayı: 149

Yayın sonuna yaxınlaşsaq da, havalar hələ də istidir və belə olduqda sərin içkilərə olan təlabat azalmır.  Əgər marketlərdə satılan sərinləşdirici içkilər sizi qane etmir və ya zərərli olması qorxudursa, həmin meyvə şirələrini özünüz hazırlaya bilərsiniz. Bunu necə etməli olduğunu düşünənlər üçün 5 qeyri-adi yay içkisinin reseptini təqdim edirik:

 

Dondurulmuş çiyələk limonadı


Təzə meyvələrlə hazırlanan bu dondurulmuş qarışıq tez və asan hazırlanır. İsti  günlərdə,  ya da axşam saatlarında sərinləmək üçün mükəmməl içkidir.

Ərzaqlar:
150 qram təzə çiyələk
2 xörək qaşığı təzə sıxılmış limon suyu
60 milli su
2 yemək qaşığı şəkər tozu
200 qram qırılmış buz

 Ləvazimatlar:
Şəkər
Limon dilimləri

Hazırlanma qaydası: Bütün ərzaqları  bir qaba qoyun. Çox da qarışdırmayın, sulu ola bilər.

 

 Lavanda limonadı

Bu içki təkcə klassik limonad deyil,  eyni zamanda baş ağrıları, yuxusuzluğu yüngülləşdirməyə köməkçi olan və həzm, narahatlıq əlamətlərini aradan qaldıran ecazkar içkidir.

Ərzaqlar:
1-3 yemək qaşığı qurudulmuş lavanda
200 qram şəkər
300 milli qaynar su
5-6 limonun suyu
1 litr su
Qırmızı və mavi qida boyası (istəyə bağlı)

Hazırlanma qaydası: Sirop üçün şəkəri qaynar suda həll edin. Lavanda əlavə edin, ağzını sıx örtüb ən azı bir saat  gözləyin. Lavandanı süzün. Soyuduqdan sonra limon suyunda və suda bənövşəyi bir rəng tonu üçün qırmızı və mavi boyadan bir damcı əlavə edin. Buz ilə birlikdə servis edin və bir lavanda sapı ilə bəzəyin.

 

 Dalğalı okean


Bu qeyri-adi parlaq mavi içkidir; Əyləncəli, şirin və uşaqlar üçün ecazkar seçimdir.

Ərzaqlar:
3 yemək qaşığı su
3 xörək qaşığı şəkər kirşanı
1 çay qaşığı hindqozu suyu
Mavi qida boyası (bir neçə damcı)

 Hazırlanma qaydası: Şəkəri  zəif odda suda əridin. Siropu bir dolçaya tökün və digər ərzaqlarla birlikdə qarışdırın. Buzla servis edin.

 

Şəkərli yaşıl çay

Bu resept ənənəvi şirin çay ilə buzlu çayın vəhdətindən ilham alıb və piknikə aparmaq üçün ecazkar içkidir. Klassik şirin  çayın bu sağlam alternativi həm çox ləzzətli, həm də  antioksidant mənbəyidir.

Ərzaqlar:

1 litr qaynar su
4-6 yaşıl çay paketi
Bal və ya ağcaqayın siropu (dadlandırmaq üçün). (Qeyd: Ağcaqayın dekorativ və ballı bitkidir. Amerikada bəzi növlərindən ağcaqayın şəkəri istehsal olunur.)
8 təzə nanə yarpağı
Limon dilimləri

Hazırlanma qaydası: Çay paketlərini əvvəlcə təxminən 8 dəqiqə isti suda saxlayın. Bal və ya ağcaqayın siropunu qarışdırın, buz əlavə edin və dilim-dilim kəsilmiş limon və nanə ilə servis edin.
 Zəncəfil, reyhan və qreyfrut qarışığı

Klassik  mimoza, ətirli içkidir. Yaz bağçasında zövqlə içəcəyiniz möcüzəvi və yüngül içkidir.

 Ərzaqlar:
250 milli şəkər kirşanı
250 milli qaynar su
2 böyük ovuc təzə reyhan (qarnitur üçün daha çox)
1 qreyfrut şirəsi (qarnitur üçün qabıqları)
3 qutu zəncəfilli qazlı içki (limonlu limonadları kimi fərqli  qazlı içki də istifadə edə bilərsiz)

Hazırlanma qaydası: Şəkəri qaynar suda əridin, reyhan əlavə edin və ən az yarım saat gözləyin. Siropu süzün və reyhanı atın. Qreyfrut suyunu əlavə edin. Bir dolçanın içərisinə kifayət qədər buz tökün, siropu və qreyfrut qarışığını əlavə edin. Zəncəfilli qazlı içkini doldurun və hər bir stəkana reyhan sapı və bir dilim qreyfrut qabığı qoyaraq servis edin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir