Tyler Florence's Tuna Everything Bagel As Seen On Food Network's Tyler's Ultimate

Evdə “fast food” hazırlamaq üçün reseptlər

Baxış sayı: 1. 759

Demək olar ki, asan və ayaqüstü tez-bazar yeyilən “fast food”ları hamı sevir. Xüsusilə də uşaqlar. Amma onu da bilirik ki, kafelərdən, restoranlardan alınan bu “ayaqüstü” qidalar heç də xeyirli deyil. Necə və hansı şəraitdə hazırlandığını bilmədiyimiz qidalar sağlamlığa çox ziyanlıdır. Buna görə də  sizə həftə sonu gəzintisinə gedərkən, uşaqlarınızın məktəb çantasına qoyacağınız və ya elə işə, yola özünüz üçün rahatlıqla götürəcəyiniz “fast food” ailəsinə daxil olan sendviçləri evdə hazırlamaq üçün reseptlərini təqdim edirik:

Lavaşarası sendviç

Lavaş – 2 ədəd

Holland pendiri – 50 qr

Kök – 1 ədəd

Toyuq sinəsi – 100 qr

Ketçup – 20 qr

Kahı

Mayonez

Kök yuyulub, sürtgəcin xırda gözündən keçirilib mayonezlə qarışdırılır. Toyuq sinəsi pörtlədilir və əllə didilir. Holland pendiri nazik samanvari doğranılır. Açılmış lavaşın üzərinə ketçup çəkilir və ərzaqlar bu qayda ilə yığılır: kahı, kök, toyuq sinəsi, holland pendiri. Sonra lavaş rulet kimibükülür və iki hissəyə bölünür.

 

Hind toyuğu ətindən sendviç

Çörək( baqet) – 1 ədəd

Hisə verilmiş hind toyuğu – 100 qr

Pomidor – 1 ədəd

Duzlu xiyar – 1 ədəd

Cəfəri

Kahı

Baqet çörəyi bölünür, arası açılıb kahı, dilimlərə bölünmüş pomidor (su salmasın deyə pomidorun içini çıxara bilərik) və duzlu xiyar, parçalara ayrılmış hind toyuğu, xırda doğranılmış cəfəri ilə doldurulub bağlanır.

 

Qızıl balıqdan sendviç

Qızıl balıq – 100 qr

Pomidor – 1 ədəd

Xiyar – 1 ədəd

Qırmızı baş soğan – 1 ədəd

Cəfəri

Kahı yarpaqları

Kokteyl sousu üçün: Ketçup – 2 x.q., portağal və limon şirəsi – hərəsindən 1 x.q.

Sousu hazırlamaq üçün portağal və limondan şirə sıxılır, üzərinə mayonez və ketçup əlavə edilib qarışdırılır. Çörəyin arası açılır, üzərinə xırda doğranılmış cəfəri səpilir, pomidor dilimləri ( su salmasın deyə içi çıxarılır), parçalara bölünmüş qızıl balıq, kahı yarpağı, halqavari doğranılmış xiyar, baş soğan (Acı və qoxulu olmasın deyə pərdələri çıxarılır, halqavari doğranılır, duzda ovxalanaraq acısı çıxarılır, iliq suda yuyulur və suyu tam çəkiləndən sonra sendviçə əlavə olunur. Ona görə də prosesə birinci soğanla başlayın) və sous əlavə olunub bağlanılır.

Tuna balığından sendviç

Pide çörəyi – 1 ədəd

Kök – 1 ədəd

Tuna balığı (konservləşdirilmiş) – 100 qr

Pomidor – 1 ədəd

Cəfəri

Baş soğan – 1ədəd

Kök yuyulub, sürtgəcin xırda gözündən keçirilir, mayonezlə qarışdırılır. Pide çörəyinin arasına mayonezli kök qarışığı çəkilib üzərinə kahı, tuna balığı, pomidor dilimi (su salmasın deyə içi çıxarılır), xırda doğranmış cəfəri və halqavari doğranılmış baş soğan (Acı və qoxulu olmasın deyə pərdələri çıxarılır, duzda ovxalanaraq acısı çıxarılır, iliq suda yuyulur və suyu tam çəkiləndən sonra sendviçə əlavə olunur. Ona görə də prosesə birinci soğanla başlayın) qoyulub bağlanır.  (Foxy.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir