pedikur

Evdə pedikürü necə etməli?

Baxış sayı: 172

Havalar soyuduqca biz qadınlar özümüzə baxmağa daha da diqqət etməliyik. Təpədən dırnağa bütün dərimizə mütəmadi olaraq qulluq çox vacibdir. Ayaqlara isə xüsusi qulluq lazımdır. Bütün “əziyyət”imizi onlar çəkir və nəticədə çox zərər görür. Xüsusilə, soyuq aylarda daha çox çatlayır, nəmliyini itirir. Ayaqlara qulluq edərkən bilməyin gərəkən detallar var. Bu detallar və daha artığı barədə bu yazıda məlumat əldə edə bilərsiniz.

Yuxarıda qeyd edilən detallara diqqət edərək doğru şəkildə ayaqlarına qulluq edə bilərəsən. Pedikür edərkən dərinə zərər verməməyinə diqqət etməlisən, çünki bu infeksiya yarnamasına səbəb ola bilər.

Evdə pedikürü necə etməli?

1. Ayaq vannası

Dərin və geniş bir qaba ilıq su əlavə edib, üzərinə karbonat, sirkə, limon suyu da əlavə edilir. Bu codlaşmış dərini tez yumşaldır. Ayaq vannasında ayaqları 15-20 dəqiqə saxlamaq və pedikür üçün yumşalmasını gözləmək lazımdır. Qeyd edək ki, ayaq vannası qəbul etməzdən əvvəl dırnaqlarda boya varsa mütləq təmizlənməlidir.

2. Ayaq pilinqi

Vannadan sonra yumşalmış ayaq dərisini ölü hüceyrələrdən təmizləmək üçün kosmetika dükanlarında satılan ayaq pilinqi və ya evdə hazırlanan pilinqlə ayaqları pilinq etmək lazımdır. Evdə asanlıqla ayaq pilinqi hazırlamaq üçün şəkər və badam yağını qarışdırıb ayaqlarda istifadə etmək olar. Pilinqi edərkən ayaqlara dairəvi şəkildə uyğulamaq lazımdır. Şəkər ölü dərini təmizlədiyi halda, badam yağı da dərini yumşaldır.

3. Daban daşı

Daban daşı topuq və dabanlarda codlaşmış dərini təmizləmək üçün ən yaxşı vasitədir. Bu daşı istifadə edərkən dərini zədələməməyə çalış. Çox bərk basmadan, dairəvi hərkətlərlə daban daşını istifadə etmək daha faydalıdır.

4. Dırnaq ətraflarına qulluq

Dırnaq ətlərini təmizləmək üçün əvvəlcə dırnağa zeytun ya da ki, badam yağı çəkilib 1-2 dəqiqə ayaq vannası suyunda saxlanılır. Dırnaq ətlərini təmizləmək üçün geriyə itələmək üsulu ilə edin ki, nəticədə dırnaq ətrafındakı ətləri kəsmək qanaxmaya və dərinin həssəslaşmasına səbəb ola bilər. Geriyə itələmək üsulu iltihablanma riskini azaldır. Dırnaq ətlərini geriyə doğru itələmək üsulu ilə təmizləmək üçün manikür dəstində ucu yastı və geniş olan bir  alət var. Bu alət vasitəsi ilə dırnaq ətlərini kök hissədən dəriyə doğru dırnaqlara ziyan vermədən itələmək lazımdır. Əvvəlcədən yumşaldılmış dırnaq ətləri asanlıqla geriyə doğru gedəcək.

5. Dırnaq kəsimi

Diqqət edilməsi gərəkən nüans: ayaq dırnaqlarını kəsərkən dırnaqların uzandığı formaya paralel kəsmək lazımdır.

6. Nəmləndirmək

Pedikür prosesi bitdikdən sonra sıra gəlir ayaqları nəmləmdirməyə. Bu zaman ayağaq qulluq etmək üçün olan losyonu bütün ayağa tətbiq etmək gərəklidir. Quru dəriyə sahibsənsə bu zaman nəmləndirici təsirə malik kremlərdən istifadə etməyində fayda olar. Eyni zamanda da ayaqlarına pis təsir edən, narahat ayaqqabılardan uzaq dursan yaxşı olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir