woman opening curtains in the morning

Evdəki mənfi enerjidən qurtulmağın üsulları

Baxış sayı: 187

Ev insanın özünü ən rahat və etibarlı hiss etdiyi məkandır. Bu rahatlığın hər zaman olması üçün evi daim qorumaq lazımdır. Xüsusi bir vəsait olmadan və ya çox pul xərcləmədən bunun öhdəsindən gələ bilərsiniz. Evinizdəki mənfi enerjidən xilas ola bilmək üçün elementar məqamlara diqqət etmək kifayətdir.

 

Evinizi aynalarla bəzəyin. Ayna boşluqları doldurmaq üçün bir yoldur. Çünki işığı ətrafa yayır və qaranlıq bölgələrin daha işıqlı olmasını təmin edir.

Qırılmış əşyaları yapışdırın. Qırılmış əşya əhval-ruhiyyəni aşağı salır. Bəzən bir əşya o qədər dəyərli olur ki, onun qırılmağı insanı kədərləndirir. Yapışdırmaq, təmir etmək o əşyanı əvvəlki vəziyyətinə qaytarmır. Lakin əvəzində həmin əşyaya yenidən sahib olarsınız.

Duz tökün. Bu, heç də batil inanc deyil. Duz təmizləyici kimi də istifadə edilir. Üstəlik mənfi enerjini özünə çəkir.

Müxtəlif otlar yandırın. Məsələn, adaçayı mənfi enerjidən xilas olmaq üçün istifadə olunur. Bəzi otları yandıraraq tüstüsünü evə yayın. Özünüz də evinizdə gözəl enerji yarandığını hiss edəcəksiniz.

Evi gözəl iyilərlə ətirləndirin. Qoxu olduqca əhəmiyyətlidir və insanın özünü yaxşı hiss etməsinə imkan verir. Qoxulu şamlar alaraq evinizə fərqli ab-hava yaradın.

Əşyalarınızı dəyişin. Bəzən dəyişiklik evə yeni ab-hava qatır. Mebellərinizi yeniləmək və  dekorasiyada dəyişiklik etmək zamanıdır.

Zəng çalın. Zəng səsi boşluqları doldurur və mənfi enerjini təmizləyir.

Girişi təmiz saxlayın. Evimizdəki enerji gəlib gedə bilər. Tez-tez girib-çıxdığınız qapıların ağzına su, limon suyu, duz, sirkə səpməklə təmiz və təravətli saxlaya bilərsiniz.

Dekorasiyanızda şüşələrdən istifadə edin. Şüşələr evdə və otaqlarda olan enerjini saxlayır. Günəşdə parlayan şüşələr isə evinizə çox gözəl bir enerji verər.

Qarışıqlıq və səliqəsizliyi aradan qaldırın. Axtardığınızı tapmadıqda narahat olursunuz. Çünki səliqəsizdir. Ətrafı yığışdırmaq həm də stressinizi azaldacaq.

Pəncərələri açın. Pərdələri və pəncərələri açmaq işığın və təmiz havanın evə girməsini təmin edir. Bu, həm də sizə yeni bir enerji verəcək.

Musiqi dinləyin. Musiqi əhvalı yüksəltməyin ən yaxşı yoludur. Musiqi dinləyin və gözəl əhval-ruhiyyənin otaqlara yayılmasına icazə verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir