USAQ

Evdə uşaqlarınızla bu oyunları oynayın – 10 TÖVSİYƏ

Baxış sayı: 1. 605

İşlə əlaqədar olaraq həftə içi uşaqlarınıza vaxt ayıra bilmirsinizsə, bunu həftəsonu etməyə çalışın. Bəs həftəsonu uşaqlarınızla həm əyləncəli vaxt keçirmək, həm də onların yaradıcılıq qabiliyyətini ön çıxarmaq necə olar? Evdəki kartonları, rəngli kağızları yapışqan və boyalarla rəngləyərək uşağınızla evdə əyləncəli vaxt keçirə bilərsiniz. Bəs bunlarla nə edək deyə düşünürsünüzsə, “Gencaile.az” sizə bəzi məsləhətlər verir.

 

1. Ona yazı yazmağın, kitab oxumağın əhəmiyyətli olduğunu anladın. Çap maşınıyla yazmağın daha maraqlı olduğunu izah edərək rəngli kardonlar vasitəsilə çap maşını hazırlamağı öyrədə bilərsiniz.

2. Uşağınızın böyüdükdə nəçi olmaq istədiyini öyrənin. Bu peşə üzrə nələrdən istifadə etmək lazım olduğunu öyrədib rəngli kağız, kardonlar vasitəsilə onları düzəltməsinə kömək edin.

3. Uşaqlarınızın dəftərlərini adi üzlüklərlə üzləməyin. İcazə verin, uşaq öz istədiyi şəkli dəftərinin üzünə çəksin.

4. Ailənin bütövlüyünü uşağa hiss elətdirmək vacibdir. Uşaq sevgini, nifrəti, hörməti – hər şeyi ailəsindən öyrənir. Buna görə həftə sonları uşağınızdan bəzi şəkilləriniz üçün çərçivə hazırlamağını istəyin, sonra da evin bir yerindən asın.

5. Lunaparkda olan karuseldən əslində şəkər qutusu kimi istifadə edə biləcəyini, sizin də hər gün həmin qutulara konfet qoyacağınızı deyib onu karuselə bənzər şəkər qutusu hazırlamağa həvəsləndirə bilərsiniz.

6. Həftə sonları ailəlikcə çay içmək üçün uşağınızdan kardonlardan xüsusi bəzəkli stəkanlar hazırlamasını istəyə bilərsiniz.

7. Evinizdəki hər bir əşyanız sizin üçün qiymətli olduğundan uşaqların onlara zərər verməsini istəməzsiniz. Uşağınızdan onun üçün dəyərli olacaq bir aksesuar hazırlamasını istəyin.

8. Əslində analar ev işlərini görərkən uşaqların onlara mane olmasını istəmirlər. Xüsusən də oğlan övladlarının ev işlərində onlara heç kömək etmədiklərini deyirlər. Siz ev işi görərkən uşağınızın da darıxmaması üçün ondan kardondan paltar yuyan maşın hazırlayıb, özü üçün sizin işinizi təkrarlamasına imkan yarada bilərsiniz.

9. Həftəsonları televizora baxmaq əvəzinə uşağınızdan kardondan kino xarakterləri yaratmasını istəyin. Bununla canlı kino təşkil edə bilərsiniz. Bu, çox maraqlı olar.

10. Uşağınıza yaxınlarının ad günlərinə önəm verməyin lazımlı olduğunu öyrədin. Ondan dostunun ad günü üçün hədiyyə düzəltməsini istəyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir