Qadin

Evdar, yoxsa işgüzar xanımlar daha aqresiv olur? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 570
Cəmiyyətdə iş və evdar qadın deyə bir bölgü var. Evdar qadınlar çox zaman özlərini hər şeydən təcrid edirlər. Ev işlərini yerinə yetirməklə kifayətlənirlər. Amma evdar qadın həm də cəmiyyət üçün fərdlər yetişdirir.
Bəs evdar qadın nece olmalıdır? Mövzu ilə bağlı psixoloq Fərəh Quliyeva ilə söhbətləşdik.
 
Gənc psixoloq Fərəh Quliyeva bunları bildirdi: “Evdar xanımlar anlayışına bir az geniş izah verek. Evdar xanım özünü daha çox evə və ailəyə sərf edən xanımdır. Düşüncəsində daha çox ailə üzvlərinə göstərəcəyi qayğı olur. Həyat yoldaşım məndən razı qalsın, ona yetərincə qulluq edim, övladıma diqqət edim. Məişət qayğılarını daha çox düşünsünlər. Evdar xanımlar xüsusilə də qaynana qohum-əqrabanın istək və razılıqlarını qazanmağı çox sevirlər və məhz mətbəxdə bişirdikləri yeməklərlə bağlı xoş fikirlər almaqla özlərini yaxşı hiss edirlər. Evdar xanımlar həm də anadırlar. Məhz ana olan xanımlar qayğı ilə bağlı gözəl və düşünülmüş bölgü etməyi bacarmalıdırlar. Mən gözəl anayam təkcə ona görə yox ki, onu dünyaya gətirmişəm, həm də ona gözəl tərbiyə və qayğı göstərirəm deyə olmalıdır”.
 
Psixoloqun sözlərinə görə, aqressiv davranış, aqressiv uşaqların formalaşmasına gətirib çıxaracaq: “Ana evdə təkcə yeməklərin çeşidləri və evdarlığın sirlərini öyrənməklə kifayətlənməməlidir. Uşaqla necə davranmalı, nə cür danışmalı olduqlarını, gələcəkdə faydalı bir vətəndaş kimi formalaşmaları üçün araşdırma və mütaliələr etməldirlər. Xüsusilə də bilgisi zəif olan analar övladlarına qarşı aqressiv davranış sərgiləyirlər. Övladlarının istəklərini dərindən anlaya bilmirlər. Evdar xanımın düşüncəsi dar olmamalıdır. Evdar xanımlarımız qapıdan çıxdıqda cəmiyyətə qatılmış olurlar, məhz bu qatıldıqları cəmiyyətdən öyrənməyi bacarsınlar. Aqressiv davranış, aqressiv uşaqların formalaşmasına gətirib çıxaracaq, daha sonrada ana problemin nədən və necə yarandığını uzun müddət düşünür”.
 
İşgüzar xanımlar və evdar xanımlar arasında psixoloji fərq nədən ibarətdir?
 
F. Quliyeva bildirdi ki, evdar xanımlarla işgüzar xanımlar məs bu xüsusiyyətinə görə fərqlənirlər: “Evdar xanımlar sırf ailə qayğılarını düşünür. Məhz bu yöndə əhəmiyyətli və faydalı olmağı düşünürlər, işgüzar xanımlar isə həm ailədə həm də cəmiyyətdə faydalı və perespektivli xanımlar olurlar. İnsan bir şeyi tələb edəndə öncə onu düşünür. İşgüzar xanımlar cəmiyyətdə aktiv rol oynadıqarına görə daha çox tələbi düşünərək həyata keçirirlər. Deməli, durmadan yenilənən və axtarışda olan düşüncələr bir-birini əvəzləyirlər. Daim axtarışda olan ana, xanım öz beynini bilgi ilə qidalandırır və dincəldir.
 
Buna görə də daim axtarışda olan beyin yorulmur və aqressiv davranış sərgiləmir. İşgüzar xanımlar ailədə və cəmiyyətdə çox sevimli və hər iki yöndə də nümunə olmağı bacarırlar. Evdar xanımlarda çox sevimli və dəyərlidirlər, təbii ki analarımız evdar xanımdırlar. Amma burada incə nüans bundan ibarətdir ki mütaliəyə və bilgiyə öz beyinlərində yer verməyib, yalnız ev səliqəsini düşünməsinlər. Təmizlik beyinlərimizdən başlayır, beynimizi inkişafsızlıqdan, paslanmış bəsit düşüncələrdən azad etməli və yenilikçi düşüncə tərzində olmalıyıq. Övladlarla aqressiv davranışın fərqində olan və ona düzəliş verəndə beynimiz və nəticəyə gəldiyimiz düşüncələrimizdir. Övladlarına aqressiv davranan valideyn, sabah övladının ona və ən pisi cəmiyyətə aqressiv davranışının şahidi olacaq. Biz birliyimiz üçün çalışmalıyıq. Necə ki bu ifadəni böyük cəsarətlə işlədirəm. Bizim birliyimiz üçün çalışanlar da var. Baxın mən örnək üzərindən tətbiqi seçdim. Buna görə də ailədə aqressiya üçün itirilən enerjilərini, bilgi əsaslı fayda üçün sərf etsinlər”. – deyə psixoloq bildirdi



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir