aile

Evdən qaçan 5 uşaq anasının dəhşətli sonu

Baxış sayı: 1. 899

Gilgilcay qəsəbəsində 1982-ci təvəllüdlü Abdulova Gülnarənin (Ad və soyad şərtidir) evdən qaçmasından dərhal sonra qadının qardaşları onu tapıb ata evinə gətirmişdi. Lent.az xəbər verir ki, dünən 33 yaşlı qadın atası evində intihar edib. Onun meyiti tibbi ekspertizadan keçirilmək üçün Xaçmaz rayon morquna aparılıb.

Qeyd edək ki, beş övladı olan qadının onların həyətində işləyən ustaya qoşulub qaçdığı iddia edilirdi. G.Abdulovanın həyat yoldaşının müraciəti ilə Siyəzən rayon Polis Şöbəsi 33 yaşlı gəlinin olduğu yeri müəyyənləşdirib və qardaşları onu atası evinə gətiriblər.

Gəlinin ən böyük övladının 15 yaşda olduğu bildirilir.

Lakin sonradan polis şöbəsindən məsələyə aydınlıq gətirildi. Qeyd olundu ki, 5 uşaq anası ərindən küsdüyü üçün evdən çıxıb. Bir müddət sonra isə qadını evə qaytarıblar. Lakin onun başqası ilə qaçması barədə informasiya təsdiqini tapmayıb. O da vurğulanıb ki, qadının həyat yoldaşı polis nəfəridir.

Qeyd edək ki, bir müddət əvvəl də Qubanın Davudoba kəndində xalası oğluna ərə gedən Tamilla Baxışova iki övladını ataraq başqası ilə qaçmışdı. Ailəsi gəlinin internetdə tanış olduğu oğlanla qaçdığını açıqlayıb.

Oxşar hadisə Şabranda da baş vermişdi. Sumqayıtın Corat qəsəbəsindən olan evli İlham Atayev Siyəzən sakini, 21 yaşlı Gülər Məmmədova ilə Şabranın Uzunboyad kəndindən qaçmışdılar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir