ev

Evimizi dizayn edərkən etdiyimiz 7 səhv

Baxış sayı: 132

Yeni bir evə köçəndə və yaxud da sıxıldığımızda evimizin dizaynını dəyişmək, onu ən gözəl hala gətirmək, bəyənilən və rahat məkan yaratmaq istəyirik. Amma bunu edərkən bir tərəfdən də dizaynda, dekorasiyada səhv edirik. Buna görə də verdiyimiz qərarların doğruluğuna əmin və diqqətli olmalıyıq. Evdir, deyib keçmək xoş deyil. Çünki nəticədə dizayna, dekorasiyaya bəlli miqdarda pul xərclənir. “Gencaile.az” Foxy.az-a istinadən sizin üçün dizaynda ən çox hansı səhvlərə yol verilirdiyinizi açıqlayır.

1. Bəyənib aldığınız mebellər rahat və istifadəyə çox uyğun olmalıdır. Çox bəyənib ala bilərsiniz amma bir müddət sonra sizə rahat olmayanda, o mebeldən bezəcəksiniz. Vaxtınızın çoxunu keçirdiyiniz məkanda bu qaydaya mütləq əməl etməlisiniz.

2. Mağazada bir əşyanı bəyənə bilərsiniz, amma o sizin evinizdə eyni təsiri bağışlaya bilməz. Buna görə də istənilən əşyanı alarkən onu harda, necə, nələrlə istifadə edəcəyinizi də gözünüzün qabağına gətirib, xəyalınızda canlandırın. Pərdələr, divar və yerin rəngi, xalçalar, divan-kreslo, aksessuarlar- hamsı uyğun şəkildə seçilməlidir.

3. Divarın rəngini müəyyən edərkən diqqətli olmaqda fayda var. Çünki  hər məkanın işiqlandırılması fərqli olduğu üçün, rənglərin də təsiri fərqli olur bu zaman. Buna görə də divar kağızını vurana qədər bütün vəziyyətlərdə yoxlamaq lazımdır.

4. Həyat tərzinizi analiz edib, ehtiyaclarınızı qeyd etməklə bu işə başlamalısınız. Əgər çox televizora baxan deyilsinizsə, buna çox pul xərcləməyə gərək yoxdur. Əvəzinə kitab oxumağı sevən birisinizsə, gözəl və evinizin dizaynına rəng qatacaq kitab şkafına yer verə bilərsiniz. Ehtiyaclarınızı öndə saxlamalısınız və dizaynınızı buna əsasən etsəniz səhvlər də olmayacaq.

5. Xüsusilə su ilə əlaqəli bölümlərin ( mətbəx, vanna otağı) dəyişdirilməsinə büdcənizin daha çox hissəsini ayırmalısınız. Çünki bunları tez-tez və təkrarən dəyişmək həm çətin, həm də daha çox pul tələb edir. Buna görə də diqqətli olmaq və doğru seçim etmək lazımdır.

6. Divara asacağınız tablolar, evin fərqli yerlərinə yerləşdirəcəyiniz aksessuarları doğru seçməlisiniz. Çalışmaq lazımdır ki, müəyyən xatirələri olan tablolar, aksessuarlar olsun. Bu zaman evinizin dizaynına fərqlilik qatacaqsınız.

7. Ağ rəngli əşyalar, divarlarda, yerdə ağ rənglər istifadə olunanda gözəl və rahat görüntü əldə etmək olur. Amma əgər evdə azyaşlı uşaqlar varsa bu doğru seçim deyil. Eyni zamanda da incə mebellər, şüşəli əşyalar seçəndə də onu yenidən nə vaxtsa dəyişə biləcəksinizmi, buna büdcəniz yetecəkmi düşünməlisiniz, sonra qərar verib, dizayna başlamalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir