ev

Evin dekorasiyasını payız mövsümünı necə uyğunlaşdırmalı? – “EVİN İŞİ”

Baxış sayı: 1. 360

Payız ilin ən romantik fəslidir. Həzin payız günlərində evdən bayıra çıxmaq istəməyərək romantik əhvala köklənməyimiz də məhz fəslin xarakterindən irəli gəlir. Odur ki, bütün gün evdə oturub qarşında bir fincan isti qəhvə ilə bəyəndiyin yazarın hər hansı bir əsərini mütaliə etmək istəyirsən. Ancaq o şərtlə ki evin də dekorasiyası da mövsümün və sizin əhval-ruhiyyənizə uyğun olsun. Odur ki, evinizi payız üslubunda bəzəyin. Bunu edərkən “Gencaile.az”-ın “Evin işi” rubrikasına nəzər yetirməyi məsləhət görürük.

Beləliklə, yay dekorasiyasında mavi və bəyaz kimi açıq rənglər istifadə olunurdusa, payız aylarında qırımızı, narıncı və qəhvəyinin müxtəlif tonları hakimdir.

 

Payızın rəmzi

İfritələr bayramı oktyabr ayının son gününə təsadüf etdiyi üçün balqabaq həm də payızın rəmzi sayılır. Ümumiyyətlə, balqabaq aksessuarları dekorasiyada yeni dəb tendensiyası deyil. Ancaq builki balqabaq aksessuarları çox orijinal və müxtəlif rənglərdə təqdim olunub. Məsələn, tutqun-qızılı, qızılı və ya gümüşü naxışlar çox effektli görünür.

 

Şirniyyatları qapağı bəzəkli bankalara qoyun

Əvvəllər bankalar qışa tədarük görmək üçün istifadə olunurdusa, onlar indi aksessuar funksiyasını da yerinə yetirirlər. Məsələn, şirniyyatlar bəzəkli qapağı olan bankalarda çox effektli dekor kimi görünürlər. Xoşbəxtlikdən bu ideyanı həyata keçirmək heç də çətin deyil.

 

Payız təamlarının qoxusu…

Süfrə və mətbəx payızda əsas yer tutur. Bu da o deməkdir ki, masaları da bəzəksiz qoymaq olmaz. Odur ki, masanın üzərinə quru meyvələr, yarpaq və çiçəklər, o cümlədən səbətdə və ya qabda mövsüm meyvələri qoyun. Arzu edənlər qurudulmuş yarpaq və budaqların yanında şam qozalarından da istifadə edə bilər.

 

Qəhvəyi rəngin tolarından ilham alın

Süfrələri, pərdələri, yastıqları kirəmit rəngində, qəhvəyi tonlarında seçin. Qəhvəyi tonları solğun yaşıl rəngli vaza və mebellərlə tamamlayın.

 

Əşyalarınızı da geyindirin

Bir neçə ildir ki güldan, fincan və baş əşyalara toxunma qəliblər geyindirmək dəbdədir. Qəliblərə əlavə pul xərcləmək istəmirsinisə, biz sizə köhnə sviter və jaketlərinizi atmayıb bu məqsədlə istifadə etməyi təklif edirik.

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir