ev

Evinizə bolluq və bərəkət gətirəcək 7 TƏKLİF

Baxış sayı: 345

Həyatda müvəffəqiyyət, sağlamlıq, zənginlik, xoşbəxtlik qazanmağın, həyatımıza müsbət şans və enerji cəlb etməyin 7 yolu var. Bəs evdə buna necə nail ola bilərik?

“Gencaile.az” saytı  Türkiyə mətbuatına istinadən evinizə bolluq və xeyir gətirəcək 7 təklifi təqdim edir:

 

Sadəlik

Sadəlik və təmizlik çox vacibdir. Əvvəlcə evdə rahatlıq yaratmaq lazımdır. Bunun üçün evdəki, lazımsız əşyalardan qurtulmaq şərtdir.

Qızıl və ya bənövşəyi çalarlar

Rənglər bu sahədə mühüm rol oynayır. Buna görə də evinizin dekorasiyasında qızılı rəngə üstünlük verərək, bolluq və bərəkətə qapınızı açmış olursunuz. Vazolar, şamdanlar, qablar və güzgülər kimi dekorativ əşyalar üçün qızılı rəngləri seçə bilərsiniz. Bolluq üçün digər rəng bənövşəyi rəngdir. Divarda seçdiyiniz rəsmlərdə, yastıqlarda və ya xalçalarda bənövşəyi rəngə üstünlük verə bilərsiniz.

Təbii kristallar

Evinizdə bolluq küncü düzəldin. Yalnız bu küncü hamamda, tualetdə, və ya qarajda düzəltməlisiniz. Bundan başqa, bunun üçün ayrıca bir otaq da ayıra bilərsiniz. Təbii kristalları, bitkiləri, qiymətli əşyaları bir küncə yerləşdirə bilərsiniz. Məsələn, kvars, pirit kristal, sitrin və ya ametist seçin.

Canlı bitkilər üçün yer ayırın

Evinizdə yer ayıracağınız canlı bitkilər bolluq və bərəkət gətirməyə kömək edə bilər. Bunun üçün bərəkət və ya pul ağacı olaraq da tanınan crassula bitkisi seçə bilərsiniz və ya dəyirmi yarpaqları və qırmızı çiçəkləri olan müxtəlif bitkilərə üstünlük verə bilərsiniz.

Su

Həyat üçün zəruri olan suyun səfalı səsi evdə pul enerjisini artırır. Bunun üçün evinizdə kiçik, dekorativ bir su hovuzu və ya bir qabda su yerləşdirə bilərsiniz. Yalnız su hovuzunu yataq otağınızda saxlamayın.

Rəsmlər

Rəsmlər hiss və düşüncələri ifadə etməyin ən yaxşı yollarından biridir. Bunun üçün evinizə ağacları, çayları və digər, həyatı əks etdirən rəsmlər seçə bilərsiniz.

Güzgü

Yataq otağında yatağınıza baxan güzgünün olması məsləhət görülmür, amma yemək masanızın divarında qızılı dekorasiyalı bir güzgü olması evə bolluq və bərəkət enerjisi gətirməyə kömək edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir