ev

Evinizə rəng qatan 5 dekorasiya nümunəsi – “EVİN İŞİ”

Baxış sayı: 1. 173

Kiçik büdcə ilə evinizi yeniləmək fikirləşdiyinizdən daha asandır. Tərzinizi əks etdirən divarlar, içinizi isidəcək aydınlatmalar, fərqli yastıq üzləri ilə evinizin görünüşünü dəyişə bilərsiniz. Bu yöndəki dekorasiya nümunələri ilə tanış olmaq üçün “Evin işi” rubrikasına nəzər salmağınızı məsləhət görürük.

 

 

Müasir abajurlardan istifadə edin

Klassik çilçıraqlar əvəzinə müasir abajurlar seçin. Dekorativ və xoş ətirli şamlardan istifadə etməklə evin görünüşünə istilik qata bilərsiniz.

 

Gözoxşayan divar kağızlarından istifadə edin

Əgər evinizin dəyişməsini istəyirsinizsə, mütləq divar kağızlarınızı yeniləməlisiniz. İddialı divar rəngi ilə divar kağızlarından istifadə edə bilərsiniz.

 

Divanüstü yastıqlar üçün üzlüklər hazırlayın

Ev dekorasiyasında 2016-cı ilin yenilikləri arasında qarışıq rəngli və xətli parçalar var. Həmin parçalardan yastıq üzləri tikərək evinizdə daha müasir və rəngararəng abu-hava yarada bilərsiniz.

 

Xatirələrinizi yaşadın 

Foto şəkillərinizi çərçivəyə saldıraraq divarınızdan asa bilərsiniz. Çərçivələrdəki şəkilləri öz zövqünüzə görə hazırladıb sizə və sevdiklərinizə məxsus bölmə ərsəyə gətirə bilərsiniz. Və ya bacarığınız vardırsa, gözəl rəsm əsərləri çəkə bilərsiniz.

 

Güzgülərdən istifadə edin

Qonaq otağınızı daha geniş göstərmək üçün müasir və kəsik güzgülərdən istifadə edə bilərsiniz. Beləliklə, evinizi daha geniş və rahat abu-havalı göstərəcəksiniz.

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir