ev

Eviniz üçün dekorativ əşya fikirləri – “EVİN İŞİ”

Baxış sayı: 1. 013

Hər kəs yaşadığı məkanı gözəlləşdirmək istəyir. Günün bir çox hissəsini keçirdiyimiz, dostlarımızı, ailəmizi və sevdiklərimizi qonaq etdiyimiz evlərimiz əslində bizim ruhumuzu əks etdirir desək, yalan olmaz. Ona görə də ev dekorasiyası tam da bu nöqtədə önəm qazanır. Bir-birinə uyğun olan mebellər, divarlara asılan tablolar, naxışlı pərdələr bir araya gəldiyi zaman gözlərimiz üçün əsl şou olur. Eviniz üçün uyğun ola biləcək bir-birindən gözəl dekorasiya fikirləri və əşyaları üçün “Gencaile.az” saytının “Evin işi” rubrikasında təqdim etdiyimiz məqaləni oxumağa davam edin.

Məsələn, farfordan istehsal olunmuş klassik üslublu qablar güldan, meyvə qabı və ya dekorativ əşya kimi istifadə oluna bilər.  Şəkildə gördüyünüz İtaliya istehsalı olan bu qablar zərifliyi, incəliyi və gözəlliyi ilə seçilir.

esya

Evin divarları dekorasiya üçün ən uyğun yerlərdən biridir. Zövqünüzü ortaya qoyacaq və evinizin tərzini tamamlayacaq olan tablolardan istifadə edə bilərsiniz. Şəkildəki isə qızılı çərçivədə ağ farfordan hazırlanmış ov səhnəsini əks etdirir.

tablo

Bildiyiniz kimi evin işıqlı olması onun dekorasiyası üçün bir o qədər önəmlidir. Bunun üçün də çılçıraq seçiminə xüsusilə diqqət yetirmək lazımdır.

lustur

Keramikadan istehsal edilmiş qırmızı rəngli 6 şamlı çılçıraq fərqliliyi sevənlər üçün uyğun seçimlər arasındadır.

Evin işıqlı və eyni zamanda geniş görünməsini istəyirsinizsə, divarlara tablolar ilə yanaşı aynalar da yerləşdirə bilərsiniz.

ev

Əgər otaqlar balacadırsa, açıq rənglərə üstünlük verməli və qarışıq görünən oboylardan istifadə edilməməlidir.

yataq otagi

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir