valideyn

Evinizdə sizi yoran 10 səbəb

Baxış sayı: 1. 743

Gün uzunu özünüzü yorğun hiss edirsinizsə buna eviniz səbəb ola bilər. Ev dizaynı, əşyalar, yaşama şəkliniz sizin bütün ruh halınıza və yuxu nizamınıza təsir edir. Gəlin birlikdə sizin özünüzü yorğun hissetməyinizə səbəb ola biləcək şeylərin nələr olduğuna cavab tapmağa çalışaq.

1. Səliqəsizlik

Siz təmizlik etməyərək istirahət etdiyinizi zənn edirsiniz, ancaq səliqəsizlik sizin özünüzü daha da yorğun hissetməyinizə səbəb ola bilər. Universitetlərdən birinin həyata keçirdiyi çalışmada aydın olmuşdur ki, dağınıqlıq, səliqəsizlik daha çox zehni enerji sərf etməyinizə səbəb olur və bu da stressi artırır.

2. Mavi divarlar

Evin yataq otağının divar rəngləri ilə bağlı araşdırma aparılmış və mavi divarların ürək çırpıntılarını yavaşlatdığı, qan təzyiqini aşağı saldığı və insanın özünü yuxulu hiss etməsinə səbəb olduğu görülmüşdür. Mavi divar yataq otağı üçün gözəl bir seçim ola bilər, ancaq digər otaqlar üçün seçilməməyi məsləhətdir.

3. Televizorlar

Televizorlar və mavi ekranlı avadanlıqlar sizi yoran digər səbəblərdən biridir. Belə ki, mavi dalğalar beyində melatonin maddəsini əmələ gətirir. Bu maddə insanın yorğun və yuxulu olmasına səbəb olur.

4. Kofe 

Bu içki səhərlər canqurtaran içkidir. Kofein enerjini artıran maddədir, lakin zaman keçdikcə  sizin özünüzü yorğun hissetməyinizə səbəb olur.

5. Spirtli içki

Tərkibində spirt olan içkilər sizin tez bir zamanda yuxuya getməyinizə kömək edir. Lakin səhər normal oyandığınız vaxtdan daha tez oyanmanıza və yataqdan qopa bilməməyinizə də səbəb olur.

6. Şam

Şam qoxusu insanda dinləndirici və yuxu gətirici təsirə sahibdir. Lakin bu eyni zamanda yorğunluq hissini də aktivləşdirir.

7. Karbohidrat və Şəkər

Karbohidrat və şəkərli qidalar insanın özünü yorğun hissetməsinə səbəb olur.

8. Aşağı temperatur

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, yuxu üçün ən yaxşı tempratur 15-20 C arasıdır. Bu isə o deməkdir ki, evinizdə tempraturun aşağı olması sizə yorğunluq hissi verir.

9. Mobil telefonlar

Mobil telefonun ən böyük problemlərindən biri öyrəşdirici xüsusiyyətinin olmasıdır. 19-29 yaşlı insanlar arasında aparılan araşdırmada məlum olmuşdur ki, bu yaş qrupuna aid olan insanların 20 faizi gecə zəng, mesaj kimi səbəblərə görə bir neçə dəfə oyanır və yuxu nizamını pozur. Bu isə bir sonrakı günün yorğun keçməsinə səbəb olur.

10. Bağlı pərdələr

Gün işığı alan otaqda yaşayan və pərdələri bağlı şəkildə olub gün işığı almayan otaqda yaşayan insanlar üzərində aparılan çalışmalardan aydın olmuşdur ki, gün işığı almayan otaqdakıların gecə yuxuları nizamsız şəkildə olur və digərlərinə görə 46 dəqiqə daha az yatırlar. Belə halda sonrakı günün yorğunluğuna hazır olmaq lazımdır. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir