komputer

Evinizdəki təhlükə: Bu alətlər sonsuzluğa səbəb olur

Baxış sayı: 1. 497

Həyat tərzimizi asanlaşdıran texnoloji alətlər törəmə sağlamlığına təsir edir və sonsuzluq yaradır. “Gencaile.az” Ailə.lent.az-a istinadən bununla bağlı bəzi məsləhətləri təqdim edir.

Uşağınızın olmaması səbəbi günlük həyatda tez-tez istifadə etdiyiniz elektrik alətləri ola bilər. Araşdırmalar zamanı məlum olub ki, həyat tərzimizin ayrılmaz hissəsi olan günlük vərdişlərimiz əslində törəmə sağlamlığımıza təsir edir. Törəmə sağlamlığınıza zərər verən elektrik alətlərdən mümkün qədər olduqca uzaq durmaq, ən azından istifadə etmədiyiniz vaxtlarda söndürməyiniz lazımdır. Onlardan qorunmağın ən yaxşı yolu istifadəyə yararsız hala gətirməkdir. Gündəlik istifadə edilən elektrik alətlərdən uzaq duraraq sperma və  yumurta keyfiyyətinizi artıra bilərsiniz. Uşaq sahibi olmaq istəyən cütlüklər buna diqqət etməlidirlər.

Artım sağlamlığına təsir edən alətlər:

Mobil  telefonları, xüsusən radiasiya yayan digər alətlərlə birlikdə istifadə edildikdə artım sağlamlığınıza çox mənfi təsir edir. Mobil telefonlarınızı bədəninizə təmas etdirməmək və törəmə orqanlarınızdan uzaq yerdə saxlamağınız lazımdır. Telefonla qulaqla danışmanız, yatan zaman mümkün qədər olduqca uzaq bir yerə qoymağınız və ya bağlamağınız da qorunmağınız üçün önəmli addımdır.

Diz üstü kompüterlər və WI-FI

WI-FI (kabelsiz internet bağlantısı) və diz- üstü kompüterlər istifadə edən kişilər də ehtiyatlı davranmalıdırlar. Diz- üstü kompüterlərdən  yayılan elektromaqnit dalğalar və xayalarda yaranan  yüksək istilik kişi sonsuzluğuna səbəb olur. Bu texnoloji cihazlar törəmə funksiyalarına təsir edərək sperm hərəkətliliyini azaldır və spermanın genetik quruluşuna zərər verir. Kişilərin kompüterlərini diz üstündə deyil masada istifadə etmələri məsləhət görülür.

Mikrodalğalı sobalar

Mikrodalğalı sobaların qadınlarda mensturasiya nizamsızlıqları, yumurtlama pozuqluqları, sonsuzluq və uşaq salmalara səbəb olması aşkarlanıb. Mikrodalğalı sobalardan yayılan radiasiya kişilərdə də sperma sayının azalmasına gətirib çıxarır. Bu mətbəx əşyasından  istifadə edərkən qapağını bərk bağlamağınızdan əmin olun və ondan uzaq durun.

Elektrik uclu alətlər

Bu cihazların bir çoxu tək istifadə zamanı zərərli deyil. Eyni anda istifadə edilən bir dənədən çox cihazın təsirləri birləşərək zərərli ola bilər. İşlək cihazlardan uzaq durmaq və istifadə edilməyən zamanlarda tokdan çıxarmaq onların səbəb ola biləcəkləri zərərli təsirlərdən qorunmanıza kömək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir