is ve aile

Evlənmək karyeranız üçün niyə önəmlidir?

Baxış sayı: 975

Texnologiya və ya digər sahələrdə güclü qadın olmaq istədiyimizdə atacağımız addımlar vardır, alacağımız biznes riskləri, yeni iş ortaqları, yeni layihələr, vəzifəmizdə yüksəlmək və ya hər hansısa inkşafımıza yönələn bir şey. Bütün bunlardan əlavə karyeramıza təsir edən başqa bir şey isə kiminlə evlənməli olmağımızdır. Ümumiyyətlə karyera istəyiriksə, evlənməlimiyik?

Image result for karyera və ailə"

 

Məsələyə münasibət bildirən Berkshire Hathaway” şirkətinin CEO-su Varen Bafet aşağıdakıları deyir: “Doğru insanla evlənin. Mən ciddiyəm. Bu sizin həyatınızda böyük fərq yaradacaq, boşluqlarınızı dolduracaq və hər şeyi dəyişəcəkdir.”

Image result for karyera və ailə"

Karyera dünyası çox dəyişkəndir. Hələ siz texnologiya sahəsindəsinizsə, bu, daha çox işinizə vaxt ayırmalı olduğunuz mənasına gəlir. Bütün vaxtınız kompüterlər, dizaynlar, şəbəkə, rəqəmlər və s. ilə birlikdə keçir.

Karyera pillələrinizi qalxmaq və məqsədinizə çatmaq istəyirsinizsə, sizə bütün qəlbi ilə dəstək olan – dostlardan və ailədən daha artıq olan birinə ehtiyac duyursunuz. Doğru insanla evlənmək sizin dünyaya olan perspektivinizi və imkanlarınızı artıracaqdır. Yanlış insanla evlənmək isə maneələr, əngəllər və narahatlıq yaradacaqdır.

Qadın hədəflərinə çatmaq istədiyi zaman onun bu hədəflərə nail olacağına inanan biri ilə evlənməsi onun karyerası üçün çox önəmlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir