quran

Evlənmək üçün Quranın 5 tövsiyəsi

Baxış sayı: 792

Qurani-Kərim həyat yoldaşını seçmək üçün 5 meyar irəli sürür ki, evlənmək istəyən cütlər bu meyarlara diqqət etməlidir. Əgər evlənən zaman bu meyarlara diqqət etsəniz, dünya və axirət səadətinə çata bilərsiniz.

 

1) İslam və iman.

Həyatının şəriki olacaq insanı seçən zaman ən mühüm meyar – İslam dini və həmin şəxsin əqidəsidir. Qadınla kişi bu məsələdə eyni fikirdə və eyni əqidədə olmalıdır. Əgər onlardan biri müşrik olsa, evlilikləri batil olar. “Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından – hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə – daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən – hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə – daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar”. (”Bəqərə” 221)

 

2) İffətli olmaq.

Quranın nəzərinə görə günaha batmamış pak nəfs – paklıq tələb edər. Bu cür nəfs özünə pak nəfsdən başqasını cəzb etməz. Quran buyurur: “(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi vardır”. (“Nur” 26).

Bekarlar için evlenme duası! Evlilikte Taha Suresinin fazileti nedir? Hayırlı kısmet açma duası - Masiva Haberleri

3) Təvazökarlıq, tövbə, ibadət, Allahın əmrlərinə itaət etmək.

Qurani-Kərim “Təhrim” surəsində buyurur: “Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr – Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin”. (“Təhrim” 5).

O şəxs ki, mömin ailəyə malik olmaq istəyir, gərək hər şeydən əvvəl müsəlman, iffətli, təqvalı, imanlı qadınla evlənməyə çalışsın. Əks halda bu cəmiyyətin bünövrəsini sarsıdar.

 

4) Saleh əməl.

“Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

 

5) Təqva.

“Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır”. (“Hucurat” 13).

İslamiyete göre evliliğin önemi! Dinimize göre mutlu evlilik nasıl olur? - Aile Haberleri

İmam Sadiq (ə) buyurur: “Sizlərdən hər kim evlənmək istəsə, yaxşı olar ki, iki rükət namaz qılsın ki, Allah ona əmin, təvazökar, namus və sirrlərini hifz edəcək həyat yoldaşı nəsib etsin”.

Qısaca demək olar ki, İslam dini müsəlmanları evlənən zaman diqqətli olmağa və imanlı, təqvalı, iffətli bir müsəlmanla ailə qurmağa dəvət edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir