sevgi

Evlənmədən öncə kişiyə verməli olduğunuz 3 sual

Baxış sayı: 1. 748

Ondan çox xoşunuz gəlir, vaxtaşırı görüşürsünüz və artıq sevgili olmaq istəyirsiniz. Bir müddət daha səbir edin və xoşunuza gələn kişiyə aşağıdaki 3 sualı verin. Beləliklə, onu daha yaxşı tanıyacaqsınız və ciddi münasibətə başlayıb-başlamamaq haqqında qəti qərar verəcəksiniz.

“Gencaile.az” ipuclarını təqdim edir:

is

İşini sevirmi?

Kişinin işinə qarşı münasibəti onun gələcəkdə necə həyat yoldaşı olacağı ilə bağlı sizdə fikir yarada bilər. İşini hər şeydən çox sevən bir kişi qadınlar üçün ideal deyil. Çünki belə adamlar adətən bütün həyatlarını işlərinə görə planlaşdırırlar və sevgi, romantika, ailə ikinci planda qalır. Romantik anlar yaşadığınız məqamda belə işindən bəhs edirsə, o insanla ciddi münasibətə başlamaq mövzusunda bir daha düşünün. İşini nə qədər sevdiyini ondan soruşun və qərarınızı verin.

sevgi

Sizdən öncəki münasibəti necə idi?

Bu sual sizə qəribə görünə bilər. Ancaq əmin olun ki, bir kişinin sizdən öncəki qadınına münasibəti sizə çox şey deyə bilər. Bu sualı ona anidən verməyin, gözləyin, gülüb əylənərkən zarafatcıl bir dillə öncəki qadınını soruşun.

Yetkin bir insandırsa, keçmiş sevgilisindən niyə ayrıldığını sakit şəkildə izah edəcək. Yox keçmiş sevgilisi haqqında kobud ifadələr işlədir, söyür və ondan söhbət salanda əsəbiləşirsə, bilin ki, nə vaxtsa sizdən ayrılanda da eynilə belə davranacaq.

pul

Niyə borcu var?

Hamının banklara və ya tanış adamlara borcu ola bilər. Ancaq baxır bu borc nəyin müqabilində yaranıb. Bəzi insanlar yeni iş qurmaq üçün, sağlamlıq problemlərini həll etmək üçün və digər önəmli məsələlərlə əlaqədar olaraq borc almalı olurlar. Elələri də var ki, lazımsız şeylərə pul xərcləyirlər. Məsələn, çoxlu borcu olduğu halda özünə maşın və ya motosikl alan biri məsuliyyətli ola bilməz. Bu tip insanla ailə qursanız gələcəkdə böyük problemlər yaşaya bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir