aile

Evlilik ərəfəsində hisslərimizə, yoxsa məntiqimizə üstünlük verməliyik? – “EVLİSƏN”

Baxış sayı: 183

Təbii ki, bu işdə hisslər nə qədər vacibdirsə, məntiq də bir o qədər vacibdir. Bunlardan hər hansı birinin yoxluğu evlilik ərəfəsində tərəfləri çətin vəziyyətdə qoya bilər. “Gencaile.az” saytının “Evlisən” rubrikasında bu dəfə məhz bu haqda danışacağıq.

aile2

Əvvəlcə hisslərdən başlayaq. Əsasən qarşı tərəflə ilk tanışlığa hisslərimizlə başlayırıq. Məntiqə daha çox üstünlük verənlər belə qarşı tərəf haqqında danışarkən “Çox da xoşuma gəlmədi” və ya “Məncə əsl mən deyən adamdır” deyə hisslərini ifadə edirlər. Bu da onların hissləri ilə hərəkət etdiklərini göstərir. Əlbəttə ki, emosinal baxımdan ilk təəssüratlar çox vacibdir. Ancaq unutmaq olmaz ki, bu təəssüratlar kifayət deyil və sonrakı mərhələdə sizi aldada bilər. Başqa sözlə, bu təəssüratlara bel bağlayaraq hərəkət etmək birtərəfli qərar qəbul etmək deməkdir.

AILE

Hər bir tərəf evlənməzdən əvvəl evliliyə hazır olmalıdır. Ancaq bu, çoxlarının başa düşdüyü kimi qorxularla və ya yaxşı mənada həyəcanlarla olmamalıdır. Burada ifadə etmək istədiyimiz “Qorxuram, məncə hələ evlənməyə hazır deyiləm” və ya “Özümə inanıram, deyəsən artıq evlənə bilərəm” kimi cümlələr emosional baxımdan hazır olmaq deməkdir. Əlbəttə ki, biz bununla məsələyə emosional baxışın vacibliyini inkar etmək istəmirik. Ancaq məsələyə təkcə emosional baxışla da kifayətlənmək doğru deyil. Başqa sözlə, istər hisslərinizə arxalanaraq evliliyi rədd etmək, istərsə də hisslərinizə arxalanaraq evliliyə razılıq vermək gələcək üçün sağlam başlanğıc sayılmaya bilər. Elə isə hər şeydən əvvəl tərəflər məntiqlərini ortaya qoymalı və evlilikdən və gələcək həyat yoldaşlarından nə gözlədiklərini konkretləşdirməlidirlər. Əgər bir tərəf qarşı tərəfdə istədiklərini tapa biləcəyinə inanarsa, bu dəfə hisslərini yoxlamalıdır.

Məntiqə gəlincə, bəzən məntiqin yüz faiz qəbul etdiyi bir namizədi də qarşı tərəf sevməyə və ya özünü onun yanında rahat hiss etməyə bilər. Bu cür vəziyyətlərdə də yenə evliliyə razılıq verilməməlidir. Nəticə etibarı ilə deyə bilərik ki, əvvəlcə məntiqlə düşünməli, daha sonra hisslərinizə keçməlisiniz. Bir sözlə, hisslərinizlə “hə” deməyi bacardığınız kimi, məntiqinizlə də “hə” deməyi bacarmalısınız.

 

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir