evlilik

Evlilik ərəfəsində verilən vədlərə inanmalıyıqmı?

Baxış sayı: 1. 216

Evlilik ərəfəsində verilən vədlərə inanmazdan əvvəl evlənəcəyiniz adama inanmalısınız. Belə ki, tərəflər bir-birilərinin əvvəlcədən nə qədər dürüst olduqlarını bilməlidirlər. Yəni, tərəflərin bir-birilərinə qarşı səmimi olmaları çox vacibdir. Əgər bu ərəfədə tərəflər arasında hər hansı bir etimad problemi varsa, uzaq vədlərə inanmaq olmaz və əslində, inanmaq da doğru deyil.

evlilik

İndi isə məsələyə evlənəcəyi adama etimad edən və evlənmək üçün heç bir maneəsi olmayan tərəfin prizmasından baxaq. Əgər tərəflər arasında uyğunluq varsa və tərəflər bir-birilərinin səmimi olduqlarını düşünürlərsə, vədlərin onlara hansı məqsədlərlə verildiyini, həmçinin vədlərin düzgünlük dərəcəsini müəyyäə etməlidirlər. Belə ki, verilən vədlər nə qədər reallaşa bilər və əgər reallaşmasa, bu, evliliyə nə qədər təsir göstərə bilər. Reallıq dərəcəsi az olan bir vəd qarşı tərəfin gələcək məqsədi və ya arzusu kimi də qəbul edilə bilər. Əgər bu vədin reallaşmaması evliliyə heç bir təsir göstərməyəcəksə, bunu gələcəkdə evlilik planınıza da çevirə bilərsiniz. Digər bir məsələ isə bu vədə nə üçün ehtiyac hiss olunmasıdır. Əgər qarşı tərəfi buna sövq edən sizdə müşahidə edilən hər hansı bir narazılıqdırsa, qarşı tərəfin narahat olmaması üçün daha təbii olmaq lazımdır. Bu, təbii olaraq qarşı tərəfə də müsbət təsir göstərəcək. Bəzən isə qarşı tərəf olduqca səmimi və təbii olur. Belə hallarda qarşı tərəfi yaxşı təhlil etməli, münasibətlərinizdə hər hansı bir problem yoxdursa, verdiyi vədlərə tərəddüdlə yanaşmamalısınız. Yuxarıda da qeyd etdiyimiz kimi, əgər qarşılıqlı etimad varsa, vədlərə də inanmaq olar. Ancaq vəziyyət necə olursa olsun, verilən vədin reallaşmamaq ehtimalı da var. Bu ehtimal da həmişə nəzərə alınmalı və reallaşmadığı təqdridə hər hansı peşmanlığa səbəb olmamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir