zumrud haqverdiyeva

Evlilik sevgini öldürür? – “SEANS VAXTI”

Baxış sayı: 685

Ən çox rast gəlinən yanaşmadan biri: “Evlilik sevgini öldürür”. Həyəcanla evliliyə addım atılır daha sonra isə artıq cütlüklərin başqa bir şəxsiyyətə çevrildiyi görülür. Hətta buna görə evlilikdən qaçınan şəxslər də olur. Cütlük olaraq böyüməyə və dəyişməyə açıq olmasınınız. Mənfi yöndə dəyişiklik hiss etdiyiniz nələr var? Sizdə vəziyyət necədir?, Necə bir dəyişiklik var, sizdə?  Bəlkə də dəyişən şey sizin baxış bucağınızın, bəlkə də tanımadan addım atdığınız bu evlilikdə gözləntiləriniz böyükdür.

İlk öncə özünüzü gözdən keçirin. Evlənməmişdən öncə olan gözləntinizlə, evləndikdən sonra olan gözləntilərinizi müqayisə edin. Nə kimi fərqlər var?. Evlilikdə sizi narahat edən şey nədirsə ona yönəlin. Kiçik problemləri yoldaşınızla birlikdə aradan qaldıra bilərsiniz.

AILE

Sizi narahat edən məsələləri yoldaşınıza açıq şəkildə ifadə edin. Ünsiyyət qurmaq, daha önəmlidir. Küsmək, inad göstərmək, qürurla yanaşmaq, Sizin münasibətinizə zərər vuracaqdır. Hətta boşanmaların köklü səbəblərindən biri də cütlüklərin düzgün ünsiyyət qura bilməməsidir.

Hər şey dəyişir bu təbiət qanunudur. Yaşadığınız münasibət də evlilik içində dəyişə bilər. Bəzən çox xoşbəxt olduğunuz halda, bəzən narahatlıq ola bilər.

Evliliyin ilk günləri aylarında keçirdiyiniz vaxtların azaldığını görmək sizi qorxuda bilər. Yoldaşınızın təkbaşına zaman keçirməsi, Sizi qorxutmasın.  Bu normaldır, hərkəs buna ehtiyac duyar. Bu hər hansı bir narahatlığın olmasından xəbər vermir.

aile

Evliliyinizə bir sərhədlərdə dolu dünya kimi baxmayın. Sevgili müddətində necə daha çox diqqət və qayğı göstərirsinizsə, evlilikdə də belə davam edin. Eyni evdə olmaq davamlı narahatlıq, həddindən artıq sərhədlərin olması demək deyildir. Evlilik,  iki yetişkinin ortaqlığıdır.

Bir sözlə, evlilik sevgini öldürməz. Sevgini öldürən, sizin qarşı tərəfdən daha çox gözləntinizin olması və sizin baxış bucağınızın dəyişməsidir.

 

Psixoloq  Zümrüd Haqverdiyeva

Special Kids Bağça tipli Reabilitasiya Mərkəzi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir