evlilik

Evlilikdə yolverilməz səhvlər

Baxış sayı: 1. 572

Evliliklə bağlı əsas problemlərdən biri də evliliyə həddindən çox tələb, ya da tələblər yükləməkdir (məsələn, ideal münasibət və ya ideal ünsiyyət kimi). Bu da istər-istəməz tərəflər arasında başqa problemlərin meydana çıxmasına səbəb olur. Bundan da təhlükəlisi hər iki tərəf ən kiçik bir problemi belə böyük bir problem kimi qəbul etməyə başlayır. Əlbəttə ki, evlilikdə tərəflərin bir-birilərinə qarşı müəyyən tələblərinin olması təbiidir. Ancaq hər şeydə olduğu kimi, burada da bu tələbləri böyütmək doğru deyil. Belə olduqda, tərəflər ən kiçik bir problemdə belə “yolverilməz” səhvlərə yol verir və təbii olaraq, evliliklərini təhlükə altında qoyurlar. Üstəlik, bu problemlərin baş verməsində həm daxili, həm də xarici təsirlər az rol oynamır. Digər tərəfdən, kişilərdə evliliklə bağlı tələblər daha çox qeyri-emosional xarakter daşıdığı halda, qadınlarda daha çox emosional xarakter daşıyır. Məsələnin başqa bir tərəfi isə evliliyə yüksək tələblər yükləyən tərəflərin tədricən evlilikdə “nöqsan” axtarmağa başlamalarıdır. Beləliklə, bu tələblərə uyğun gəlməyən hər bir hərəkət onlarda yerli və ya yersiz tənqidlərə gətirib çıxarır. Bu isə, təbii olaraq, başqa problemlərin meydana çıxması ilə nəticələnir. Əlbəttə ki, evlilikdə tərəflərin müəyyən tələb sahibi olmasının bir çox müsbət cəhətləri var. Ancaq tərəflərin bu tələblər ucbatından qarşı tərəfi mütəmadi olaraq tənqid etməsi evlilikdə tədricən qarşısıalınmaz çatların əmələ gəlməsinə səbəb ola bilər. Bu isə vaxt keçdikcə tərəflar arasında ünsiyyətin pozulmasına (həmçinin, özünəinam hissinin yox olmasına da) gətirib çıxara bilər. Ona görə də, bu problemi həll etmək üçün tərəflər bir-birilərini olduğu kimi qəbul etməli və tələblərini ortaq məxrəcə gələ biləcəkləri bir şəkildə ifadə etməlidirlər. Bir sözlə, əgər tərəflər bir-birilərini uyğunlaşdırmaqdan çox, bir-biriləri ilə uyğunlaşmağı qarşılarına hədəf qoysalar, bu problemi daha asan həll edə bilərlər. Digər tərəfdən, evliliyə həddindən artıq tələb yükləmək evlilik ərəfəsindəki dövrə də öz təsirini göstərir. Belə ki, bu, evlilikdən çəkinmə, hətta evlilikdən qorxma kimi hallara belə gətirib çıxarır. Digər tərəfdən, evliliyə həddindən artıq tələb yükləmək evlənmək üçün uyğun namizədi seçməkdə də problemlərə səbəb olur…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir