bosanma

Evliliklərdə ən çox rast gəlinən 12 boşanma səbəbi

Baxış sayı: 552

Heç bir cütlük boşanma düşüncəsiylə evlənməsə belə boşanma da evlilik kimi təbii haldır. Bəzən illər, bəzən də evlilikdən qısa müddət sonra əmələ gələn dəyişmələr cütlüklər tərəfindən istənilməyə bilər. Son zamanlarda evlənənlər arasında boşananların sayı getdikcə artmaqdadır. İşlər necə bu həddə çatır, ən çox rast gəlinən boşanma səbəbləri hansılardır?

aile problemi

SEVGİ VƏ DİQQƏT ƏSKİKLİYİ

Həm iş həyatının stressi, həm də uşaqlı ailələrdə uşaqların ehtiyacları səbəbləriylə cütlüklər bir-birinə vaxt ayırmaz hala gəlirlər və bu hal bir müddət sonra cütlüklərin bir-birlərinə yadlaşmasına səbəb olur. “yoldaşıma qarşı artıq heçnə hiss etmirəm “ yaxud  “30 illik evliliyimizdə artıq yoldaşım məni sevmir “  kimi şikayətlər ən çox rast gəlinən boşanma səbəbidir.

aile

MÜNASİBƏTLƏRDƏ PROBLEM YAŞAMAQ

Xoşbəxt münasibətin sirri cütlüklərin bir-birini başa düşməyi bacarmasındadır. Bu da öz növbəsində tərəflərin bütün istəklərini qarşılıqlı müzakirə aparmaqla həll etmələrindən asılıdır. Ən çox boşanma səbəbi olan anlaşılmazlıq və yola getməyi bacarmamaq münasibətlərin bitmə nöqtəsinə gəlməsinə səbəb olur. Münaqişələrə yol açan faktorlar içərisində: yoldaşı tərəfindən dəyişdirilmək istəndiyini düşünmə, karyerasında uğurlu olan yoldaşına qarşı özünü yetərsiz hiss etmə, hadisələr qarşısında həmişə kənarda saxlanma, sevildiyini hiss etməmək, həmcinsləri ilə müqayisə olunma halları kişilər tərəfindən irəli sürülən boşanma səbəbidir.

aile

HÖRMƏT VƏ ETİBARI İTİRMƏK

Boşanmanı artıran səbəblərdən biri də cütlüklər arasında yaşanan hörmət və etibarın itirilməsidir. Qarşı tərəfin etibarını itirmək və bir daha qazanmağı bacarmamaq evliliyi bitirən ən vacib səbəbdir. Boşanan cütlüklərin münasibətlərini bitirmələri haqqında ən çox yayılan şikayət “aramızdakı hörmət bitdi “  yer alır.

xeyanet

ALDATMA

Ən geniş yayılmış boşanma səbəblərindəndir.  Aldatmaq mövzusunda qəbahət aldadan tərəfdə olmasına baxmayaraq aldadılan adamın özünü dəyərsiz hiss etməsinə yol açır. Eyni zamanda mütləq boşanma səbəbi olan aldatmada cütlüklər evliliyi davam etdirmək qərarını vermiş olsalar münasibətləri tənzimləmək üçün psixoloq dəstəyi almaq şərtdir. Əks halda aldadılan tərəf özgüvən əskikliyi yaşadığı halda, bağışlanan tərəfin isə bu davranışı təkrarlama halı baş verə bilər. Ortada güvənsizlik olsa evliliyi davam etdirmək mümkünsüz olur.

aile

ORTAQ NÖQTƏLƏRİN OLMAMASI

Günümüzdə rast gəlinən boşanma səbəblərindən biri də tərəflər arasında ortaq nöqtələrin olmamasıdır. Sağlam münasibəti cütlüklər bir-birinə uygunlaşaraq qorumalıdırlar. Tərəflərin uzun zaman eyni mühitdə baş-başa olması bir-birlərini və bir-birinin tələblərini başa düşmələri üçün vacibdir.

aile davasi

ŞİDDƏT

Boşanma statistikasına nəzər saldıqda şiddət qadınlar tərəfindən ən çox rast gəlinən boşanma səbəbidir. Təəssüfki bu hal çox vaxt tək qadının deyil, hətta uşaqların belə şiddətə məruz qalmasına qədər uzana bilir.

AILE BUDCESI

MADDİ SIXINTILAR

Evlilik dövründə işini itirmə, iflasa uğrama, yığılan borclar və s. bu kimi hallarında evliliyə təsiri olur. Ailənin gündəlik xərcini qarşılaya bilməmək, uşaqlı evlərdə uşaqların ehtiyaclarının qarşılanmasını təmin etməyi bacarmamaq kimi mənfi hallar evliliyi bitirməyə səbəb olur.

Seks

İNTİM MÜNASİBƏTLƏR

Başlanğıcı yaxşı olan intim münasibətlər bəzən yaşanan mənəvi və maddi sıxıntılar, həyat şərtlərinin ağırlığı və ailə daxili münaqişələr səbəbi ilə arxa plana atılır.  Bir müddət sonra tərəflər arasında cinsi soyuqluq və partnyoru tərəfdən bəyənilmədiyini hissinə qapılırlar. Bir-birindən uzaqlaşan cütlüklər arasında təəssüfki həm sevgisizlik həm də aldatma kimi problemlər yaşanmağa başlanır.

hamile

ÖVLADIN OLMAMASI

Uşağın olmamağı əslində tək tərəfli boşanma səbəbi deyil. Ancaq uşaq arzulanan ailədə uşaq sahibi olmamaq bir müddət sonra münasibətlərdə rahatlığın olmamasına, cütlüklərin bir-birinə xor baxmasına, sevgi və hörmətin aradan qalxmasına yol açaraq boşanmaya səbəb olur.

ayriliq

TƏRK EDİLMƏK

Tərk edilmək səbəbiylə boşanma hər iki tərəfdə olur. Şəxsi boşanma səbəblərindən olan bu boşanma halı  cütlüklərin boşanma işinə baxıldığı tarixdən əz azı 6 ay ayrı evdə yaşamalarını tələb edir. Çox təəssüfki bu boşanma səbəbini də yuxarıda qeyd etdiyimiz sevgi və hörmətin itirilməsi faktoru törədir.

qaynana-gelin

TƏRƏFLƏRİN BİR-BİRİNİN AİLƏLƏRİNƏ QARŞI HÖRMƏTSİZ DAVRANIŞLARI

Cütlüklər arasında keçinməyi bacarmamaq və evliliyin təməlinin sarsılması kimi hallar, tərəflərin ailələrinə olan münasibətinə də təsir edir. Yoldaşı və ailəsi arasında həddi qorumayan cütlüklər arasında təhqirlər və bu təhqirlərin ailələrə ünvanlanması kimi çirkin halların yaranması boşanmaya səbəb olur.

icki

ALKOQOL, QUMAR, PSİXOLOJİ PROBLEMLƏR

Psixiator Psixoterapevt Dok.Rıdvan Üney bir müsahibədə alkoqol və qumar kimi problemlər başladıqda tərəflərin bir-birini idarə etməyə cəhd göstərdiyini qeyd edir.  Tərəflərdən birinin yaşadığı böhran və psixoloji problemlər də evliliyin bitirilməsinə səbəb ola bilər. Bu tip hallarda tərəflər arasında münasibətlər zədələnmədən öncə düzgün psixoloji dəstəsk almaqla evliliyi qoruyub saxlamaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir