default-gencaile

Evliliyi nələr soyudur?

Baxış sayı: 460

İnsanların və ən çox da qadınların balacalıqdan xəyal etdiyi bir evlilik planı var. Evlilik deyəndə insanların ağlına ilk gələn şey xoşbəxt olmaqdır. Amma bəzən daha çox rastlaşdığımız bir problem evliliklərin tez sonlanmağıdır. Bunun səbəbi bəzən evləndikdən sonra ortaya çıxan pis xasiyyətlər və vərdişlər ola bilir. Amma belə bir halı da unutmamalıyıq ki, insanlar evləndikdən bir neçə müddət sonra evlilikdən soyuyurlar. Onlar üçün bir müddət sonra ailə, sevgi artıq vacib olmur. Bəs bunun səbəbi nədir? Evliliyi nələr soyudur?

Evlilik yorğunluğu əsasən evləndikdən 2 il sonra başlayır

“Artıq sevmirəm, əvvəlki həyəcan yoxdur” kimi sözlərlə son qoyulan evliliklərdə bitirən əslində sevgi deyil, sadəcə dostluq və paylaşmadır.  Aparılan araşdırmalar nəticəsində evlilik yorğunluğunun evləndikdən 2 il sonra başladığı məlum olub. Bunun səbəbi isə cütlüklərin sevgini dostluqla əvəzlədikləri üçün baş verir. Bunu bacara bilməyən cütlüklərin axırı isə məhkəmə zalında başanmaları ilə nəticələnir.

Ən vacibi isə təhsil uyğunluğudur

Çünki insanlar cütlüklərin ən çox yaşadığı promlem dünya görüşlərinin üst-üstə düşməməsidir. Onlar buna görə çoxlu problemlər yaşayırlar. Məsələn aildə bir tərəfin təhsilli olması və o biri tərəfin dünya görüşünün az olması söz söhbətə səbəb ola bilir. Evlilikdə söz-söhbətin olmaması üçün ikisinin də fikirləri, düşüncələri oxşar olmalıdır ki, gələcəkdə aralarında ayrılıq olmasın.

Uzun müddət sevgili qalmaq zəruridir

Ailələrin məsləhəti ilə bir müddət nişanlı olub, sonra da evlənən cütlüklərin problemləri sevib evlənənlərdən daha çox olur. Çünki onlar bir-birilərini daha az tanıyır və sevmirlər. Sevən cütlüklər isə problemləri bir-birini sevdiyi üçün həll etməyə çalışırlar. Həm də onlarda arada soyuqluq ehtimalı daha azdır. Çünki sevirlər.

Qadın işləyirsə, boşanma riski daha da artır

Cütlüklərin hər ikisinin işləməsi evlilik yorğunluğunu yaradan səbəblərədən biridir. İşləyən qadının evinə az vaxt ayırması, ailədə problemlərə səbəb ola bilir. İşləyən qadın ev işlərinə vaxt ayıranda kariyerası təhlükəyə düşə bilər, kariyera dalınca qaçdıqda isə ailəsində problem yarana bilir. Bəzi kişilər isə bunu xoşlamır və artıq evdə problemlər başlayır.

Texnologiya evliliyi soyudur

Gündəlik həyatımızı rahatlaşdıran texnologiya, evliliyi təhlükə altına atır. Çoxotaqlı evlər, bağlar və o otaqlarda ayrı televizorlar, komputerlər cütlükləri bir-birinə qarşı soyuqlaşdırır. Boşanmaların çoxalmasının ən başlıca səbəbləri də bunlardır. Çünki insanlar sosial şəbəkələrə və internetə o qədər bağlıdır ki, insanlarla vaxt keçirməyə, söhbət etməyə vaxt tapmırlar. Söhbət etsələr belə bunu bir evin içində ola-ola bunu internet vasitəsi ilə edirlər.

Qohum və qonşuları ziyarət etmək evliliyə yaxşı təsir edir

Qohumgilə və ya qonşugilə getmək evliliyi həmişə dinamik tutaraq, evliliyin soyuqlaşmasının qarşısını ala bilir. Burada duyğuların paylaşıldığı həm də monotonluqdan uzaq bir evlilik olduğu üçün evliliyin dağılma riski də azdır.

Pozitiv düşünmək evliliyi sağlamlaşdırır

Qarşılıqlı anlayış evliliyin dağılmaının qarşısını alır. Belə ki, özünüzü bir az da onun yerinə qoyub mən olsaydım neyləyərdim deyin. Hər şeyi pozitiv düşünün. Problemlərin həllində belə pozitivliyinizi itirməyin. Ailələrin pozitiv olmaqları onların övladlarının da psixoloji baxımdan düzgün olmağına gətirib çıxarar. Məsələn ən adi bir məsəl çəkək. “Həyat yoldaşınıza güvənmir, məni aldada bilər” düçüncəsinə qapılırsınızsa, bir müddət sonra bu sizin davranışlarınızda özünü biruzə verəcək və bu da münasibətlərin korlanmasına ya da boşanmağa gətirib çıxaracaq.  Amma pozitiv fikirləşsəniz bu halların heç biri olmayacaq. Pislik pislik gətirər bunu unutmayın.

Cütlüklər bir-biri ilə müzakirə edəndə diqqətli olmalıdırlar

Məsələn, “Bu ev niyə belə çirklidir?” yerinə “Ev çirkli olanda özümü pis hiss edirəm” deyə bilərsiniz. Bu söz qarşı tərəfə həm kobud gəlməyəcək həm də məsuliyyətli olmalı olduğu işlərdə daha məsuliyyətli olacaq.  Yəni “şirin dil ilanı yuvasından çıxarar” məsləni kimi.

Ən az 5 dəqiqə bir birinizə baxın

Elmi araşdırmalar zamanı məlum olub ki, 5 dəqiqə heç yerə baxmadan bir-birinizə baxsanız, sevginiz daha da artar.

Evlilik canlı bir orqanizm kimi bəslənməyə ehtiyac duyar.  Evliliyinizi monoton yaşamamaq üçün fərqli yollara əl atın. Məsələn, arada gəzintilərə gedin, bir-birinizinə şirin sözlər deyin.

Evliliyinizin dəyərini bilin

Sahib olduğumuz bir çox şeyin dəyərini itirdikdən sonra anlayırıq. Sağlamlığınızın, ailənizin, uşaqlarınızın, dostlarınızın dəyərini bilin. Həyat yoldaşınızla ortaq dostluqlar qurun. Təəssüf ki, bəzi insanlar, etdikləri hər işdə ideal olmadığını bildikləri üçün özlərindən razı qalmazlar. Bu cür insanlar özləriylə barışıq olmadıqları və özlərinə inanmadıqları üçün evliliklərində də xoşbəxt ola bilmirlər. Həyat düz bir xətt deyil, enişli yoxuşludur. Müvəffəqiyyət qədər müvəffəqiyyətsizliklərində təbii olduğunu qəbul etmək lazımdır.

Xoşbəxtliyinizi maşında, pulda, evdə görməyin. Bunlar zamanla düzələcək, alınacaq şeylərdir. Amma xoşbəxtlik hədəf deyil uzun bir yol və hər dəfə yaşanacaq bir duyğu olduğunu yadda saxlayın.

Ən əsası isə evliliyinizə, ailənizə, uşaqlarınıza vaxt ayırın. Unutmayın ki, ailə dağıtmaq asan iş deyil.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir