toy

Evliliyin 10 müsbət tərəfi

Baxış sayı: 1. 333

Indiki zamanda evli olmaq köhnə dəb hesab edilir. Cavanlar əsasən subay qalmağa və ya gec evlənməyə üstünlük verir. Ancaq bir çox ölkələrdə hələ də bir insanın həyatında qazandığı ən dəyərli şeyin ailə olduğu qəbul edilir.

Evli olmağın həm mənfiləri, həm də müsbətləri var. Əgər cütlük xoşbəxtdirsə, ailənin bütün problemləri də həll edilmiş olacaq. Sosioloqlar sevdiyi insanla evlənənlərin subay qalmağı seçən cütlüklərdən daha xoşbəxt olduqlarını deyir. Rəsmən evli olan cütlüklərin uşaqları da sağlam olur.

Evliliyin 10 müsbət tərəfini təqdim edirik.

 

Uzun ömür                    

 

Statistikaya görə evli olmayan cütlüklər arasında erkən ölüm ikiqat çoxdur. Evli cütlüklər isə bir-birinin qayğısına qalır, bir-birinə kömək edirlər. İnsan həmişə kiminsə ona ehtiyacı olduğunu anlayıb özünə baxır və məsuliyyət hiss edir. Uzun həyat yaşamaq üçün evlənin, ancaq doğru olmayan insanla evlənərək həyatınızın yanlışını etməyin.

 

Özünə qulluq etmək

 

Statistika göstərir ki, evli insanlar daha sağlamdırlar. İnsanlar ailəsi üçün məsuliyyət hiss edir və özünə yaxşı baxmağa çalışır. Pis vərdişlərdən imtina edir. Ancaq sadəcə evlilik xətrinə evlənməyin, xoşbəxt ola biləcəyiniz bir evlilik qurun.

 

Cinsi xəstəlik riski az olur

 

Evli cütlüklərin müntəzəm seks həyatları olur. Onlar hər dəfə yeni seks partnyoru tapmağa ehtiyac duymur. Bu da cinsi xəstəlik riskini azaldır.

 

Qadın sağlığı

 

Qadınlar üçün yaxşı evliliyin çox müsbət yanları var. Sağlam bir cinsi həyat onları xoşbəxt edir. Araşdırmalar göstərir ki, subay insanlar depressiya və psixi problemlərdən çox əziyyət çəkir.

 

Kişilərin sağlamlıq problemləri həll olunur

 

Yalnız qadınlar deyil, kişilər də evli olduqlarında həm zehni, həm də emosiya baxımından sağlam olur. Onlara qayğı göstərilir, sevilməyi və ehtiyac duyulduğunu hiss edir. Bu, kişilərin ürək- damar sistemi üçün faydalıdır.

 

Yaxşı maliyyə vəziyyəti

 

Evli insanların subay insanlara nisbətən daha çox pul xərcləməsi müşahidə olunur. Bundan başqa hər iki tərəf xərcləmək üçün yaxşı pul da qazanır. Evli kişi dərk edir ki, xanımı və uşaqlarının ehtiyacını ödəməlidir və buna görə çox pul qazanır, halbuki subay insanlar aşağı maaşla kifayətlənə bilər.

 

Pis vərdişlərə qalib gəlmək

 

Araşdırmalar göstərib ki, evli insanlar pis vərdişlərindən məsuliyyət hissinə görə daha asanlıqla xilas ola bilirlər.

 

Uşaqların qayğısına qalmaq asan olur

 

Əgər yalnız deyilsinizsə, həyat daha asandır, üstəlik böyümüş yetkin uşaqlarınız varsa. Bütün məsuliyyətini uşaqlarına yönəldən valideynlər hər zaman başqaları üçün yaxşı nümunə olur.

 

Ömürlük yoldaşlıq

 

Birinə sadiq qalmaq gözəl şeydir. Bunun mükafatında sizi hər zaman qiymətləndirən və sevən birini qazanmış olarsınız. Bunlar insanlar tərəfindən həmişə yüksək qiymətləndirilir. Hər birimiz həyatımızın sonuna qədər bizimlə olacaq birinə rastlamaq arzusuyla yaşayırıq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir