aile

Evliliyin bitdiyini göstərən ƏLAMƏTLƏR

Baxış sayı: 66

Cütlüklər arasında “ruh sevgisi”nin bitməsi evliliyin bitməsinin ilk əlamətidir. Türkiyəli psixoloq Özge Genlik isə bunu “romantik soyuqluq” adlandırır. Əvvəlcə ər və arvad bunu  anlamazlıqdan gəlirlər. Lakin romantik nəsə etmək də içlərindən gəlmir. Yalnız ortaq mövzuda qısa cümlələrdən ibarət dialoqlar qururlar. Bu, artıq evlilik prosesində ilk sarsıntıdır. “Gencaile.az” Aile.lent.az-a istinadən mütəxəssisin evliliyin sona çatmasına işarə verən əlamətlər haqqında fikirlərini təqdim edir.

Psixoloq bildirir ki, “romantik soyuqluq”dan sonra fizioloji uzaqlaşmalar müşahidə edilməyə başlayır. Romantik müstəvidə ayrılan cütlük, zehni və fiziki baxımdan da ayrılmağa  başlayır: “Adətən cütlüklər arasında “paylaşacaq bir şeyimiz qalmadı”, “əvvəlki kimi həyəcan hiss etmirəm”, “hər şey çox təkrardır”, – kimi ifadələrə çox rast gəlinir. Evlilik transformasiya müddətidir. Tərəf müqabiliniz sizin, siz isə onun aynasısınız. Cütlüklər bir-birindən eyni addımı gözləyir. Məsələn, sevmək və sevilmək hər birimizin ortaq istəyidir. Ancaq sevgini ifadə etmə formasındakı fərqliliklər gözləntiləri ortaya çıxarar. Bəzi insanlar sevildiyini eşitmək istəyir, bəziləri toxunaraq sevildiyini hiss edir və s. Evlilik gözləntilərin fərqliliyindən doğan ruhi qidalanma müddətidir. Cütlükləri fərqliliklər bir yerə gətirir, fərdilik uzaqlaşdırır”.

Boşanmaya nə zaman qərar verilməlidir?

Evlilik müddətində “güc” ilə “xoşbəxtliyin” rəqsi ahəng təşkil etməyəndə bu, evliliyin sona çatması deməkdir. Cütlüklər bir-birlərinə nə qədər istəklə, bir-birini kəşf etmə həvəsi ilə yanaşırlarsa, bir-birini dinləyirlərsə, evliliyin sona çatmasından söhbət gedə bilməz. Cütlüklərdən biri və ya hər ikisi yalnız öz maraqlarından danışırsa və “dinləmək” yerinə eşitməyə üstünlük verirsə, artıq “romantik boşanma” reallaşır: “Xoşbəxtlik özünə inamdır. Özünə güvənmək evlilikdə tərəf müqabilinə istək və ehtiyaclarını inamla söyləyə bilməkdir. “-malı, -məli” şəkilçiləri ilə danışmaq əvəzinə, bir-birini qarşılıqlı anlamaq evlilik prosesində “xoşbəxtlikdir”. Evlilik prosesində xoşbəxtliyin sona çatması ilə ruhi boşanma reallaşır”.

Ruhi və romantik boşanmanın reallaşdığı bir evlilikdə, onsuz da zehni və fiziki boşanma  meydana gələcək. Bu halda evlilik qadın və kişinin romantik-fiziki-zehni və ruhi zəmində ortaq məxrəcə gəlmə halıdır: “Evliliyi bitirmək tək tərəfin qərarı ilə də mümkündür. Ancaq ortada evliliyi bitirmək qərarı varsa, evliliyin zədələndiyini söyləyə bilərik. Boşanma statik bir fakt deyil, bir müddətdir və içərisində bir çox fərdi, ictimai, iqtisadi və hüquqi hallar daxildir. Psixoloji olaraq boşanma həm bir yas mərhələsi, həm də böhran mərhələsini özündə birləşdirir. Boşanma qərarı cütlüklərdən biri tərəfindən qərara alınıbsa, boşanmaq istəməyən tərəf özünü çarəsiz və tək hiss edəcək. Bəlkə də ərinin, ya arvadının geri dönəcəyinə ümid edəcək”.

Evliliyi bitirməkdə qərarlı olan tərəf bu fikrindən daşınmadıqca qarşı tərəf hirs, çarəsizlik, yuxu-iştah nizamında pozuntular, romantik təzyiqə məruz qalır. Bu müddətdə ən yaxşısı evliliyini davam etdirmək istəyən adama vaxt verməkdir. Çünki evliliyini davam etdirmək istəyən tərəf sanki “bacara bilməyəcəyi hamiləlik” müddəti yaşayır: “Bir müddət sonra evliliyi davam etdirmək istəyən tərəf evlilik mexanizminin funksional olmayan istiqamətlərinin fərqinə varacaq və böhranın öhdəsindən gəlmə mexanizmlərini gücləndirəcək. Nəticədə, öz arzu və ehtiyaclarının təmini istiqamətində hərəkətə başlayacaq, münasibətlərin bitdiyini anlayacaq və ən yaxşı yolun tərəf müqabilindən ayrılmaq olduğuna qərar verəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir