evlilik

Evliliyin psixoloji faydalar hansılardır?

Baxış sayı: 1. 583

Tərəflərin evlilikdən ən çox gözlədikləri şey, eyni zamanda, psixoloji dəyişikliklərdir. Əslində bu heç də yersiz deyil. Çünki evliliyin fizioloji faydaları olduğu kimi, psixoloji faydaları da çoxdur. Elə isə bu faydalar hansılardır? İlk növbədə, evlilikdə insanın bir çox “fitri arzuları” həyata keçir (məsələn, qadınlar üçün bəyənilmək və qorunmaq, kişilər üçün isə bəyənmək və qorumaq kimi). Demək olar ki, bütün bu məsələlərdə tərəflər bir-birilərini tamamlayırlar. Bundan başqa, evliliyin tərəflərdə məsuliyyət hissinin güclənməsində və özünəinam hissinin artmasında da rolu az deyil.

Evlilik eyni zamanda ünsiyyətdir. Ünsiyyətin isə insan psixologiyasına təsiri böyükdür. Məhz buna görə evliliyə ehtiyatla yox, “ehtiyacla” yanaşmaq lazımdır. Xüsusilə, evlilik fobiyası olanlar bu məsələləri yaddan çıxarmamalıdırlar. Bir az əvvəl də qeyd etdiyimiz kimi evlilik tərəflərin bir çox “fitri ehtiyaclarını” ödəyir və onların şəxsiyyət kimi formalaşmasında ciddi rol oynayır. Ancaq təbii ki, bütün evliliklər insana yuxarıda sadaladığımız təsirləri göstərmir. Əksinə, psixoloji cəhətdən insanı təzyiq altında saxlayan evliliklər də az deyil. Belə hallarda bir mütəxəssisə müraciət etmək və problemləri birgə həll etmək lazımdır. Bundan başqa, tərəflər danışa və onları narahat edən məsələlərdə ortaq məxrəcə gələ bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir