sevgi

Evliliyini xilas etmək istəyənlərə 9 MƏSLƏHƏT

Baxış sayı: 1. 386

Təəssüf ki, ölkəmizdə boşanma nisbəti getdikcə artır. 2015-ci il oktyabr ayının 1-ə qədər olan statistikaya görə, Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 51 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.

Bir-birindən uzaqlaşmış cütlüklər boşanma nöqtəsinə gəlib çatdıqlarını necə olursa anlamırlar. Ancaq bu nöqtəyə gəlmədən problemlər həll edildiyində xilas edilə biləcək ailələr də var.

Unutmayın, qorunmayan evliliklər ya boşanma ilə nəticələnir, ya da içi boş, adi bir kağız üstündə olan evlilik halını alır. Çox zaman evlilik öncəsi diqqət yox olur. Sonra da “Nə oldu bizə? Yadlaşdıq. Artıq səni tanıya bilmirəm” sözləri hakim olur.

Halbuki xəyallar belə deyildi: Evlilik yaşayan bir canlıdır. Necə ki hər canlının ehtiyacları var, evliliyin də ehtiyacları var. Bunları önəmsəməmək bədbəxtliyə səbəb olur.

“Gencaile.az” Aille.lent.az-a istinadən evliliyi xilas edəcək bəzi məsləhətlər təqdim edir.

Sevginizi ifadə edin. Yoldaşınızla bağlı müsbət düşüncələrinizi ona ifadə etməkdən qaçmayın.

Evi cazibə mərkəzinə çevirin. Evi sadəcə yemək yeyilən, divanda oturub televizor izlənən bir məkan görünüşündən çıxarın. Qoy, iki tərəf üçün də evə gəlmək həyəcan yaratsın.

Söhbət edin. Danışmaq bir problemi ifadə etmək, problemləri ortaya qoymaq anlamına gəlir. Ancaq söhbət etmək insanları yaxınlaşdırır.

Bir-birinizə zaman ayırın. Yorğun da olsanız, işiniz çox da olsa, hər gün mütləq bir-birinizə vaxt ayırın.

Duyğularınızı açıq ifadə edin. Qarşı tərəfin davranışından xoşlanmadığınız halda sifət göstərmək, ya əsəbiləşmək yerinə üzüldüyünüzü açıq ifadə edin.

Birlikdə bayırda vaxt keçirin. Arada heç bir ehtiyacınız olmayan günlərdə belə, bayıra çıxıb gəzin.

Cinsi həyata diqqət ayırın. Bir-birinizlə danışın. Cinsi olaraq bir-birinizdən uzaqlaşdığınızı hiss etdiyinizdə bu problemi müzakirə edin. Cinsəlliklə bağlı istəklərinizi açıq dilə gətirin.

Tənqid edərkən həddi saxlayın. Qarşınızdakı yanlış davrandığında ümumi olaraq “sən həmişə beləsən” deyə münasibət bildirməyin, ancaq o davranışına diqqətinizi yönəldin. “Sən həmişə…” ilə başlayan cümlələr heç nəyi həll etmir.

Keçmişdəki mənfi hadisələri həmişə dilə gətirməyin. Keçmişi dəyişdirmək şansımız yoxdur. Bu günü və sabahı düşünün.

Başqalarına danışmayın. Evlilik iki nəfərlikdir. Başqalarına həyat yoldaşından şikayət etmək, qohum-əqrəba və ata-ananı ailə problemlərinə qatmaq işi daha çox çətinləşdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir