eynek

Eynək seçərkən bunlara diqqət edin – Xərçəng təhlükəsi…

Baxış sayı: 1. 610

Küçəyə çıxan zaman günəş şüaları altında gözlərinizi yığmaq, gözünüzü qaçırmaq yerinə mütəxəssislərin təkliflərini diqqətə alıb, gözünüzə uyğun bir gün eynəyi seçsəniz, bütün il boyu gözlərinizi qorumuş olarsınız. Mütəxəssislər hesab edir ki, gün eynəyi gözləri qorumaq üçün qalxan vəzifəsini icra edir.

Atmosfer zərərli şüaların böyük bir qismini özündə saxlasa da, günəş işığında gözə zərər verəcək dərəcədə UV (ultra bənövşəyi) və İR (infraqırmızı) şüaları var. Ozon təbəqəsi nazikləşdiyi üçün insan dərisinə və gözünə zərərli şüalar yer üzünə daha çox miqdarda çatır, bu da dəri və göz sağlamlığı üçün böyük təhlükəyə çevrilir. Bu zərərli şüalardan gözləri qorumaq üçün ideal bir gün eynəyi seçməyiniz məsləhət görülür. İdeal gün eynəklərinin şüşəsi UV və İR şüaları soraraq, onların gözə zərər verməsinin qarşısını alır.

Yaxşı bir qoruma təmin etmək üçün gün eynəyinin çərçivəsi də adamın üzünə uyğun olmalıdı. Eynəyin çərçivəsi göz ətrafını bağlayaraq gözlərə yaxın dayanmalı, gözü üstdən və yandan gələn şüalara qarşı qorumalıdır.

Azyaşlı uşaqlar günəş gözlüyündən istifadə edə bilmədikləri üçün saat 10.00 – 17.00-ə kimi günəş şüaları altına buraxılmamalıdır.

Qeyd edək ki, çoxumuz gün eynəklərini qoruyucu vasitə kimi deyil, aksessuar olaraq istifadə edirik. Elə bu səbbədən də eynəyin saxta və ya orijinal olması çoxumuz üçün böyük əhəmiyyət daşımır. Amma mütəxəssisləin fikrincə, saxta gün eynəklərinin hamısı göz üçün böyük təhlükədir. Saxta gün eynəklərindən uzun müddət istifadə gözlərdə və göz ətrafı nahiyədə xərçəng yaranmasına da səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir