sevgi

Eyni anda neçə nəfərə aşiq olmaq olar? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 553

Türkiyəli psixoloq Kamal Yücesoy bu yaxınlarda “Rəqəmsal dünyada eşq” mövzusunda maraqlı çıxış edib.

“Gencaile.az”-ın Aile.lent.az-a istinadən xəbərinə görə, psixoloq bildirib ki, depressiyadan tutmuş bir çox psixoloji problemlərin yaranmasına səbəb insanların çox olduğu cəmiyyətdə yaşamaqdır. Məhz bu psixoloji çətinliklər səbəbindən də böyük şəhərlərdə bir çox insanın sevməsi, aşiq olması çətinləşib.

Psixoloqun sözlərinə görə, aşiq olmaq üçün ilk növbədə limbik sistemin xəbərdar edilməsi lazımdır. Limbik sistemin bizim 5 hissimizdən yalnız qoxuyla əlaqəsi var, digər duyğularımızla təsirlənmir: “Bu səbəbdən də təkcə görmək, toxunmaq heç bir şeyi həll etmir, mütləq o qoxunu almaq lazımdır. Burada söhbət tər vəzlərindən ifraz olunan və feromon adlanan qoxusuz qoxulardan gedir. Bunlar yalnız beyni xəbərdar edir və bu gələn xəbərdarlıqlar limbik və fərdi quruluşunuza, ruh halınıza uyğundursa, müvəffəqiyyət qazanır. Qısası, iki adamın arasındakı kimya tutursa, eşq ortaya çıxır”.

Eşq ağıl tutulmasıdır

Eşqin ağıl tutulması olduğunu deyən K. Yücesoy aşiq olan zaman beyində 12 mərkəzin eyni anda çalışdığını bildirir: “Eşq vizual əlamətlə başlayır. Beyin o an bir şəkil çəkir. Bu fotoşəkil çəkildikdən sonra eşqə düşmə, ya da ürək döyüntüsü başlayır. Bu vəziyyət ümumi 1,5 saniyə davam edir. Sonra isə feromon dediyimiz fərdi hadisə baş verir. Feromon vasitəsilə “mənə uyğundurmu, uyğun deyilmi?” sualına cavab axtarırsınız və qərar verirsiniz. Görünüş və qoxu sizə xoşdursa, beyində bir fırtına başlayır. Bundan sonra bütün iş beyində baş verməyə başlayır. Beyin isə 5 duyğu hissi ilə yaşayır”.

Görmə, toxunma və qoxu hissi olmazsa, eşq yaranmır. Eşqin bəlkə də tibbi tərifi yoxdur. Lakin beyində şəkillənir və özünə yer tapır. Bitməyi, davam etdirməsi, başlanğıcı – hamısı beyində baş verir: “Beynimizin gündəlik həyatı idarə edən qismi fəaliyyətini dayandırır və məntiq donur. Subkortikal mərkəz dediyimiz ana xətt əmr xarici yerlərdə işə başlayır və əsl işləməsi lazım olan yerlər dayanır. Bu səbəbdən də eşqə ağıl tutulması deyirik”.

Rəqəmsal dünyada eşq üçün bir çox platforma və ictimai media vasitələri mövcuddur. Bu vasitələrlə insanlar bir-birinə uyğun xüsusiyyətlər axtarıb tapır: “Lakin nə aşiq olduğunuz, nə bəyəndiyiniz, nə də həqiqi eşq yaşadığınız, beyninizdə olan insan rəqəmsal dünyada hər zövqünüzün ortaq olduğu insandır. Kompüter sizin istədiklərinizi tapa bilər, amma insan həqiqi həyatda hiss etdikləri ilə yaşayır, nə qədər ideal kimi görünsə də, rəqəmsal eşqlərin reallıqla üst-üstə düşməyinə inanmıram”.

Texnologiya eşqə necə təsir edir?

Xüsusilə ictimai mediada, insanların istifadə etdikləri texnoloji yeniliklərdə gördüklərinin həqiqi olub-olmamasını heç kim bilə bilməz: “Beyin çox sürətli bir sistemdir. Ən mükəmməl kompüterdən daha mükəmməldir. Amma mexanika ilə deyil, hormonlarla fəaliyyət göstərir. Burada hormon və hisslər işin içindədir. Rəqəmsal dünyada məsafələr əhəmiyyətli deyil, lakin həqiqət xaricindədir. Həyat üç ölçülü olduğu halda, rəqəmsal mühitdə iki ölçülü kimi görürsünüz. Səs, qoxu, toxunma yoxdur. Rəqəmsal mediada olan sevgilərdə danışılanlar və yazılanlar həqiqətdən çox uzaqdır”.

Eyni anda iki adama aşiq olmaq mümkün deyil

Aşiq olduqda beynin mərkəzində bir nəfər olur, digərləri həmin mərkəzdən silinir və ya qıraqda qalır. Həqiqi eşq zamanı birini silmədikdə digəri orada qala bilməz. Qısası, iki nəfərə aşiq olmaq kimi bir hal heç vaxt baş vermir. “40 il sonra sosial mediada ilk eşqini tapıb yenidən aşiq olan və evlənənlər var. İnsan bir dəfə aşiq olur. O ilk isə məhz burada yaşana bilər. Çünki ilk yaşadıqları məhz sosial mediada olduğu üçün müqayisə etmək şansı da yoxdur”.

Lakin bir daha xatırladaq ki, rəqəmsal mediada insanlar özlərini əks etdirmir. Duyğuları, sözləri belə oğurlanmış olanlardır. Burada insan çox zaman olduğu kimi deyil, olmaq istədiyi kimidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir