festuval

Fərqli ölkələrin fərqli festivalları

Baxış sayı: 445

Fərqli ölkələrin qeyri-adi festivalları haqqında məlumatlara sahib olmaq istəyirsinizmi? Elə isə bu yazıya diqqət yetirin.

 

“EXİT” – musiqi festivalı

Hər il Serbiyanın Novi-Sad şəhərində keçirilirən tədbir 2014-cü ildə “Avropanın ən yaxşı festivalı” adına layiq görülüb. Festival Dunay çayının sahilində yerləşən Petrovaradinski qalasının ərazisində təşkil olunur və bütün gecə davam edir.

 

Kral günü

Niderlandın paytaxtı Amsterdamda keçirilir. Həmin gün şəhər portağal rəngində olur. Milyondan çox insan küçələrə axışaraq gecə-gündüz əylənir, bayram edir.

 

“Burning man” festivalı

Festival 1986-cı ildən bəri hər il ABŞ-ın Nevada ştatının Blak-rok səhrasında keçirilir. Festival avqust ayının son bazar ertəsində 00:01-də başlayır və səkkiz gün davam edir. Biletlər orta qiymətdə 500 dollara olsa da, bu insan axının qarşısını almır. 70 mindən artıq insan hər il “ Burning Man” festivalında iştirak edir.

Festivalın əsas məqsədi insanları daha kreativ, mehriban etməkdir. Festivalda qəhvə və buzdan başqa heçnə ala bilməzsiz. Burada yüzlərlə “mutant” maşın və qeyri-adi geyimdə olan insanlar musiqinin ahənginə uyğun hərəkət edirlər. “Burning Man” festivalında musiqi, işıqlandırma daim dəyişir, odur ki, burada əşyalarınızı da itirə bilərsiz.

Festivalın sonunda iştirakçılar bütün etdikləri “dəliliklərin” izlərini məhv edərək yandırırlar. Ən əsası isə son gündə festivalın simvolu olan taxtadan hazırlanmış insan heykəli yandırılır.

 

Ölülər Günü

Meksikanın ən fərqli bayramlarından biri olan ölülər günü noyabrın 1- 2-si tarixlərində keçirilir. Bayramın tarixi kökləri asteklərə gedib çıxır.

Ölülərin anılma gününü bayrama çevirməyi ancaq meksikalıların ağlına gələ bilərdi. Bayramdan öncəki hazırlıqlar sadəcə evi bəzəməklə bitmir. Meksikalılar ölənləri üçün xüsusi güşələr hazırlayırlar. Belə güşələrin əsas hissəsi ölən ailə üzvlərinin şəkilləridir. Həmçinin buraya vəfat etmiş şəxsin sevdiyi yeməkləri, şəkərdən kəllə və bəzək-düzəklər qoyulur. Hər tərəf şam və məxmər gülü ilə bəzədilir.

Meksikalılara görə əsl ölüm unudulduqda olur. Adətə görə, həmin günlərdə ölülər öz evlərinə qayıdırlar. Meksikalılar düşünürlər ki, onlar öz ölülərini şənləndirməyə borcludurlar. Əgər siz ölülər günündə Meksikadasınızsa, mütləq Sokolo mərkəzi meydanına getməlisiniz. Bura bayram günlərində, bəzənmiş qəbiristanlığa bənzəyir, hər tərəfdə skelet qrim və kostyumları ilə insanlar gəzişir.

Meksikanın digər tərəfində – San Andres Mixquicada isə ölülər gününün bütün mistikasını hiss edə bilərsiniz. Bura özünəməxsus gecələri ilə yadda qalır. Gecə şamlarla göstərilən şoular bayrama daha da rəng qatır.

pive

“Oktoberfest” pivə festivalı

16 gün ərzində Almaniyanın Münhen şəhərində keçirilirən festivalda alman pivəsinin dadına baxmaq, bavariyalıların milli paltarlarına tamaşa etmək istəyənlər bir araya gəlir. 1994-cü ildə Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikasının birləşməsi nəticəsində “Oktoberfest”in başlanma tarixi dəyişdirilib. Birləşmədən sonra festival oktyabrın 1-i və ya 2-si , ən geci isə ayın üçü başlayır. “Oktoberfest” zamanı bir necə milyon litr pivə içilir. 2007-ci ildə keçirilən festival zamanı 16 gün ərzində 7 milyon litrdən çox pivə içilib. Festival zamanı pivələrlə yanaşı, gələn turistlərə müxtəlif əyləncələr də təklif edilir.

 

Palçıq festivalı

Cənubi Koreyanın Poryon şəhərində keçirilir. Ənənəvi Palçıq Festivalı ilk dəfə 1998-ci ildə Cənubi Koreyanın Boryeonq şəhərində keçirilib. Yay aylarına təsadüf edən bu tədbir milyonlarla ziyarətçinin diqqətini cəlb edir. Hər il iyul ayında milyonlarla insan bir araya gələrək 10 gün ərzində özlərini palçıq dalğasının ağuşuna atırlar. İştirakçılar minerallarla zəngin olduğu hesab olunan palçıqla dolu hovuzlara girərək əylənirlər.

Şəhərin müxtəlif yerlərindən yığılan palçıq Daecheon çimərliyinə gətirilir. Burada “Mud Experience Land” adlı ərazi yaradılır. Lazımi qədər palçıq toplandıqdan sonra sahildə qurulan səhnə və sütunlardan ibarət festival sahəsi hazırlanır. Qeyd edək ki, bu tədbirin səbəbi kimi Boryeonqun məşhur palçığını tanıtmaq və kosmetika satışlarını artırmaq üçün keçirildiyi bildirilir.

 

Portağal döyüşü

Portağal döyüşü adlı festival hər il İtaliyanın İvreya şəhərində keçirilir. Bu festival 12-ci əsrdən qeyd olunur və qədim tarixi köklərə malikdir. Festivalda iştirak edən insanlar adətən 9 komandaya bölünürlər və hər komandanın yeganə vəzifəsi digərini məğlub etməkdir. Portağal festivalında iştirak etmək istəməyən insan qırmızı papaq geyinməlidir, onda həmin insana heç kəs portağal atmaz.

 

Hava şarları festivalı

Albukerkedə keçirilən hava şarları festivalı – hava şarında uçmaq həvəskarları üçün dünyanın ən böyük bayramlarından sayılır. Festival zamanı minlərlə insan ABŞ-ın cənub-qərbinə toplaşırlar ki, yüzlərlə hava şarının Sandiya dağlarının üzərindən havaya necə qalxdığına tamaşa etsinlər.

festival

Su döyüşü festivalı

Tailandda ənənəvi Yeni il bayramı, eyni zamanda dünyada ən böyük su döyüşünə çevrilir. Burada 13 apreldən 15 aprelə qədər insanlar bir birlərini vedrələr, «su toplar»ı və şlanqlarla sulayıb «atəşə» tuturlar.

 

Samirə Tağıyeva

festival 1

fevsival 2

festival 3




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir