images (1)

Fəxriyyə Xələfova 2014-cü ilin dəbini açıqladı

Baxış sayı: 1. 972

2014-cü ilin trendi

Modelyer Fəxriyyə Xələfova 2014-cü ilin dəbindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, modelyer ATV telekanalında yayımlanan “Şarm” verilişinə açıqlamasında hansı geyimlərə üstünlük veriləcəyini deyib: 

“Yeni ildə dama-dama köynəklər, dəri gödəkçələr, şalvarlar, cinslər, şlyapalar dəbdə olacaq. Buna “kantri” üslubu deyilir. Bu, klassikləşmiş bir obrazdır. Amma hamıdan bu geyim tələb edilmir. İstəyən romantik bir üslub da seçə bilər. Rənglərə gəldikdə isə, bej, qəhvəyi, torpaq tonları aktual olacaq. İlan dərili və açıq tonlarda ayaqqabılar, çantalar dəbdə olacaq. Kəsik dərilərlə düzəldilən gödəkçələr də dəbdədir. Ümumiyyətlə, 2014-cü ildə dama-dama geyimlər, bej və krem tonlarına üstünlük veriləcək. At üçün spesifik olan torpaq tonları da dəbdə olacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir