sorgu

“Facebook” ailələri dağıdır? – “Evli qadınlarla yazışırlar…” – VİDEOSORĞU

Baxış sayı: 1. 091

Son vaxtlar Azərbaycanda boşanmaların sayı xeyli artıb. Orta hesabla hər ay təxminən mindən çox ailə dağılır. Boşanmaların artmasında sosial şəbəkələrin də əsas rol oynadığı deyilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə çıxışı zamanı bildirib ki, nikahların pozulmasının səbəblərindən biri də məhz “Facebook”dur. Deputat hesab edir ki, sosial şəbəkələrdən istifadə ailələrin dağılması ilə nəticələnir.

“AzVision,az” mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Maraqlıdır ki, respondentlərin bir çoxu sosial şəbəkələrin ailələri dağıtdığını hesab edir. Təbii ki, bunun əksini düşünənlər də az deyil. “Gencaile.az” həmin videosorğunu təqdim edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir