Facebook

Facebook-da yayılan virusla bağlı XƏBƏRDARLIQ: Şəxsi məlumatlarınız oğurlana bilər

Baxış sayı: 1. 338

Son bir neçə gündə “Facebook” sosial şəbəkəsində yayılan virusla bağlı hər bir istifadəçi diqqətli olmalıdır, çünki bu viruslar onların şəxsi məlumatlarının, şifrələrinin oğurlanması ilə nəticələnə bilər.

Bunu Trend-ə Azərbayca İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O qeyd edib ki, zaman-zaman sosial şəbəkələrdə bu cür hallara rast gəlinir: “Ancaq son dövrlərdə bu bir qədər sürətlənib. İstifadəçilər özləri də bilmədən bu cür virusları aktivləşdirir, yəni hansısa bir dostunuzdan bir link alırsınız və onu aktivləşdirəndə sizin dostluğunuzda olanlara da bu cür virus yayılır. Adətən bir qədər təcrübəli istifadəçilər bunun qarşısını ala bilirlər. Yəni diqqətlə müşahidə edəndə bilmək olur ki, bu, virusdur. Ancaq təcrübəli olmayan istifadəçilər yeni bir linkin gəlməyini güman edərək onu aktivləşdirirlər və bu da virusun yayılmasına səbəb olur. Bunun qarşısını almaq üçün istifadəçilər diqqətli olmalıdır”.

O.Gündüz vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər: “Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayıla bilər. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız informasiyaları dövriyəyə salmaq məqsədi ilə yayıla bilər”.

O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar: “Bu halı da istisna etmirəm. Məqsəd o ola bilər ki, kimlərinsə şəxsi məlumatlarını ələ geçirib gələcəkdə ondan istifadə etsinlər, eyni zamanda Azərbaycanda sosial şəbəkədə ağırlaşmalar olsun, trafik bununla yüklənsin və s. Yəni informasiya müharibəsi dövrüdür, müxtəlif məqsədlər ola bilər. Hər halda sosial şəbəkə istifadəçiləri diqqətli olmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir