facebook

“Facebook” tələsi, qurulan ailə həyatı, itirilən var-dövlət, boşanmaq üçün 20 min tələbi – ŞOK

Baxış sayı: 1. 299

“Facebook”da tanış olduğu şəxslə Tanzaniyaya getdi, onun əlindən xilas olmaq üçün ailəsi 20 min dollar ödədi.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, bu hadisə Ukraynada baş verib.

Ukrayna universitetlərindən birində təhsil alan 28 yaşlı memar N.T.K ailəsinin yanına Türkiyəyə qayıdandan sonra “facebook”da bir nəfərlə tanış olub. 27 yaşlı E.K. adlı şəxs qızı evliliyə razı salmaq üçün Tanzaniyada özünə uyğun iş tapacağını və çox xoşbəxt olacaqlarına inandırıb.

Ötən il avqustun 19-da ailə quran cütlük, yaşamaq üçün Tanzaniyaya gediblər. E.K. Tanzaniyaya getmək üçün həyat yoldaşının bütün zinyət əşyalarını satdırıb.

Evlilik həyatında hər şey normal olsa da, bir anda həyat yoldaşının və ailəsinin qadına münasibəti dəyişib. Onu evdən çölə çıxmağa qoymayıblar. Hicablı olsa da, ailə onda qara çarşab geyinməsini, şəraitə görə yaşamalı olduğunu tələb edib.

Ailədə təzyiqlərə məruz qalan qadın ilk fürsətdə evdən qaçıb. E.K-nın atası isə boşanmağa razılıq vermələri üçün ailədən 20 min dollar tələb edib. Bunun üçün də rəsmi sənəd imzaladıblar.

Qadın geri qayıdandan sonra isə vəkili vasitəsilə boşanmaq üçün ərizə ilə müraciət ünvanlayıb. Ümumilikdə 700 min türk lirəsi, toyda qızına verilən zinət əşyalarının qarşılığı olaraq 240 min lirə, aylıq 4 min türk lirə aliment tələb edib. Bununla yanaşı təhqir və müstəqilliyin təhdid edilməsinə dair şikayət ərizəsi də yazıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir