facebook

“Facebook”da hamını bezdirən dostlar – 20 OBRAZ

Baxış sayı: 1. 357

Gündəlik həyatımızın vacib hissəsinə çevrilən “Facebook” yeni “dost” xarakterlərini ortaya çıxarıb. Real həyatda elə də diqqətimizi çəkməyən bu insani xüsusiyyətlər “General Forum” adlı internet saytı tərəfindən müəyyən olunub. “Gencaile.az” bu sayta istinadən “Facebook”da əsəbləri korlayan, sizi qıcıqlandıran 21 dost obrazını təqdim edir.

 

1. Siyahının ilk sırasında sevgilisi olan dostlar yer tutur. Sevgilisi ilə sarmaş-dolaş şəkillər paylaşan, hər zaman romantik statuslar yazan və nə qədər sevib-sevildiyini deyən dostlar.

2. Yediyi və içdiyi fərqli olan insanlar. Qəribə olsa da, bu dostların yediyi və içdiyinin dadı bir başqa olur sanki.

3. Hər paylaşımında məşhur markaların adını çəkməyi unutmayan və paylaşımları ilə “mən səndən daha varlıyam” deməyi sevən dostlar .

4. Sosial həyatının necə xoş olduğunu göstərməyə çalışan dostlar. Siz üzgün olduğunuz anlar, o, konsert, əyləncələrə gedib, bunu paylaşmaqdan bezməz.

5 “Gəzəyən” dostlar. Hamı tətili sevir, ancaq bu dostlar tətillərini reklam etməyi sevir.  Tətildə hər anını kamerayla görüntüləyib paylaşırlar. Hətta siz də onunla birgə tətil edirsiniz kimi hiss yaranır insanda.

6. Məşhurların heyranı olan dostlar. Bunlar məşhurlarla şəkil çəkdirərkən ya hansısa məkanda rastlaşarkən, özlərinin də məşhur olduqlarını düşünüb, yerə-göyə sığmırlar.

7. Sevgilisi və ya həyat yoldaşı ilə ortaq “Facebook” hesabı istifadə edən dostlar.

8. Fotogenik dostlar. Hər zaman eyni görünüşdə şəkillər paylaşmağı sevirlər.

9. “Mənim həyatım sənin həyatından daha yaxşıdır” deyən bu dostlarınız hər dəqiqə həyatının mükəmməl olduğunu şəkillərlə göstərməkdən çəkinməzlər.

10. “Mənim bədənim möhtəşəmdir” deyərək, hər dəfəsində bədənini reklam etmək üçün şəkillər paylaşan dostlar.

11. “Bədənimin gözəl olduğunu düşünməni istəyirəm”. Bu niyyətə xidmət edən dostlarınız heç bir şəkil paylaşmadan,  nə qədər idman etdiyini, neçə metr qaçdığını paylaşırlar.

12. Alçaldan dostlar. Sizdən daha ağıllı olduğunu düşünən bu dostlar yazdıqlarının başqalarını incidə biləcəyini heç düşünməzlər.

13. Hər zaman ittiham edən dostlar. Bir şey paylaşıb “bunu bu gün paylaşmayan qalmadı” deyərək, sanki insanları paylaşdıqları üçün günahkar çıxaran dostlar

14. Özünün intellektual olduğunu göstərməyi sevən və hər zaman “müdrik kəlamlarını” paylaşan dostlar.

15. Hər şeyə mənfi yanaşan, həmişə bədbin statuslar paylaşan dostlar.

16. “Twitter” xəstəsi olan dostlar. Bunlar ya “Facebook”dan, ya da “Twitter”dən istifadə qaydalarını bilmirlər.

17. Səssiz, ancaq əmin addımlarla irəliləyən dostlar. Ancaq bu dostlar baş verən hər şeyə tez inanırlar.

18. Çox məşhur dostlar. Bu dostların o qədər tanışı var ki, axmaq bir şey paylaşsa belə, statusunu onlarla adam “like” edəcək.

19. İdman xəstəsi olan dostlar. İdman edərkən, hər vəziyyətdə şəkil çəkdirib “Facebook”da paylaşır.

20. Siz bir şey yazan kimi dərhal ” like” edən və altından rəy yazan dostlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir