Facebook

“Facebook”da növbəti yenilik

Baxış sayı: 1. 361
Facebook istifadəçiləri artıq tanımadıqları şəxslərə mesaj göndərərkən əvvəlcə mesaj istəyi göndərəcək, bu qəbul edildikdən sonra mesaj yaza biləcəklər.
Facebookda dostunuz olmayan istifadəçilər sizə mesaj göndərdikləri zaman birbaşa mesaj qutusuna gəlmir, bunun yerinə “digər mesajlar” bölməsinə göndərilirdi.
Beləliklə, istifadəçi mesaj alması haqqında bildiriş alaraq, narahat edilmir və özü istədiyi zaman bunu mesaj qutusuna baxırdı.
Ancaq facebook tətbiq etdiyi son yeniliklə bu bölməni ləğv edərək, əvəzinə “mesaj tələbləri” adlı yeni bölmə açdı.
Bundan sonra dostluq siyahınızda olmayan istifadəçilər sizə mesaj göndərərkən əvvəlcə istək göndərmək məcburiyyətində qalacaqlar. Siz istəklərini qəbul etdiyiniz zaman onların mesajlarını ala biləcəksiniz.
Beləliklə, istifadəçilər arzu etmədikləri mesajları görmək məcburiyyətində qalmayacaqlar və bu, onların razılığından asılı olacaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir