facebook

“Facebook”da yeni fırıldaq

Baxış sayı: 1. 352

“Dostlar, daha öncə də bu barədə xəbərdarlıq etmişdim. Avropa, Kanada və s. ölkələrdə iş və qalmaq üçün viza düzəldən fırıldaqçı şirkətlərin sayı çoxalıb, diqqətli olun!” “Gencaile.az” xəbər verir ki, bu barədə Ramin Orucov adlı sosial şəbəkə istfadəçisi məlumat yayıb. Məlumatda bildirilir ki, bu cür şirkətlərdən biri özünün facebook səhifəsində şəkil paylaşıb ki, “2 il öncə Hollandiyaya miqrasiya etdiyimiz Emin Məhərrəmov artıq Hollandiyanin Roterdam şəhərində kiçik şəxsi biznesə malikdi. Yeni açılmış şəxsi restoranını təbrik edirik və həyatda ona uğurlar arzu edirik. Şərhlərdə isə bir nəfər bunların fırıldağının üstünü açıb. Bunu aydınlaşdırmaq isə çox sadədir, “Chrome browser”də həmin şəkli açıb üstündə sağ “click” edirsiniz, “Search Google for İmage” seçirsiniz və “Google” sizə bu şəklin qaynağını və haralarda istifadə olunduğunu tapıb göstərir. Əslində isə həmin şəkil Özcan Kara adlı bir türk vətəndaşın Hollandiya yox, Almaniyada Frankfurtda açdığı Mola Frankfurt adlı kafesinin açılışda çəkilib və internetdə xəbər kimi paylaşılıb. 5 dəqiqəlik sadə bir araşdırma ilə məsələnin fırıldaq olduğunu aydınlaşdırmaq mümkündür. Ortada Rotterdamda şəxsi biznes açmış Azərbaycanlı immiqrant Emin Məhərrəmov adlı bir şəxs yoxdur! Özünüzü və dostlarınızı fırıldaqçılardan qoruyun!!!

Sübutlar:
1.Həmin şəklin paylaşıldığı original xəbər saytı: http://www.kreisblatt.de/…/Tuerkische-Leckereien-in-familia…
2.Kafenin internet saytında arxa fondakı şəkillərə diqqət edin, xəbərdəki şəklin arxa fonu ilə eynidir:
http://www.mola-frankfurt.de/
3.Kafenin facebook səhifəsi: https://www.facebook.com/molafrankfurt/
4.Kafenin sahibi Özcan Karanın Linkedİn profili:
https://www.linkedin.com/in/%C3%B6zcan-kara-513a0013a/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir