yemek

Fast food PƏHRİZİ

Baxış sayı: 1. 657

Kilolarınızla vidalaşarkən qidalanma vərdişinizi dəyişdirmək istəmirsinizsə, həftədə 2 kilo arıqladan bu pəhriz  tam sizə görədir.

“Gencaile.az”  “fast food “pəhriz proqramını təqdim edir.

 

Birinci gün

Səhər: 1 stəkan süd, 3 qaşıq düyü gəvrəyi, saat 10:30-11:00 arası 1 alma ya da 1 ədəd portağal

Günorta: 1 hamburger, 1 ədəd kola , saat 16:00-17:00 arası 1 ədəd pendirli tost

Axşam: 1 kasa qatıq, 1 dilim kəpəkli çörək, yağsız salat, saat 21:20-22:00 arası yatmadan əvvəl 1 portağal və ya 1 alma

 

İkinci gün

Səhər: 1 dilim layt pendir, 2 dilim kəpəkli çörək, saat 10:30-11:00 arası 1 alma və ya 1 kivi

Günorta: 1 porsiya boşqabda dönər, 1 dilim çörək, 1 stəkan ayran, istərsəniz salat, saat 16:00-17:00 arası 5 ədəd biskivit

Axşam:  8 qaşıq tərəvəz yeməyi, 1 kasa qatıq, 1 dilim çörək, salat, saat 21:20-22:00 arası  200 qram meyvə

 

Üçüncü gün

Səhər: 2 dilim kəpəkli çörək, 2 dilim pendirdən hazırlanmış tost.

Günorta: 80 qram ton balığı ilə salat, 1 dilim çörək, saat 16:00-17:00 arası 1 stəkan meyvə suyu

Axşam: 6 ədəd kotlet, 4 qaşıq plov, salat,  saat 21:20-22:00 arası 200 qram meyvə

 

Dördüncü gün

Səhər: 2 ədəd yuxa ilə kibrit qutusu ölçüsündə pendir

Günorta: 1 porsiya kabab, 2 qaşıq plov, salat, saat 16:00-17:00 arası 1 portağal

Axşam: 6 yemək qaşığı tərəvəz şorbası, 1 dilim çörək, salat, saat 21:20-22:00 arası 1 ədəd portağal

 

Beşinci gün

Səhər: 1 kibrit qutusu pendir, 1 qaynamış yumurta, 2 dilim kəpəkli çörək

Günorta: 2 dilim kolbasa, 1 dilim pendir və 1 ədəd kəpəkli səndviç, saat 16:00-17:00 arası 1 ədəd alma

Axşam : 1 kasa şorba, 150 qr file, salat, saat 21:20-22:00 arası 5 ədəd biskivit

 

Altıncı gün

Səhər: 1 stəkan süd, 1 kibrit qutusu çörək, 1 dilim pendir, saat 10:30-11:00 arası 1 alma

Günorta: 6 qaşıq pomidor souslu makaron, salat, saat 16:00-17:00 arası 2 ədəd şirin kakoslu biskivit

Axşam :1 kasa şorba , 6 xörək qaşığı tərəvəz yeməyi, salat,1 kasa qatıq,  saat 21:20-22:00 arası 200 qr meyvə

 

Yeddinci gün

Səhər: 1 kibrit qutusu ağ pendir, 5 zeytun, 2 dilim kəpəkli çörək

Günorta: 1 toyuq burgeri, 1 kola, 1 porsiya pendir , saat 16:00-17:00 arası 4 ədəd pəhriz biskivit

Axşam :1 toyuq burgeri, 4 yemək qaşığı tərəvəz yeməyi, 1 dilim çörək, saat 21:20-22:00 arası 1 stəkan süd




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir