Mark Zukerberq

Feysbuk yaradıcısının dünyanı dəyişdirəcək 5 layihəsi

Baxış sayı: 1. 493

Mark Zukerberqin fəaliyyəti sadəcə Feysbukla kifayətlənmir. Məşhur iş adamı gecə-gündüz dünyanı dəyişdirə biləcəyinə inandığı başqa layihələr üzərində də işləyir.

“Gencaile.az” oxucuları dünyanın ən varlı iş adamları siyahısına daxil olan faysbuk yaradıcısının 5 layihəsi ilə tanış edir.

 

1. İnterneti hər kəsə çatdıracaq layihə: İnternet.org

1. İnterneti herkese ulaştıracak proje: internet.org

İnterneti bütün dünya əhalisi üçün ucuz və əlçatan etmək Mark Zukerberqin ən böyük xəyallarından biridir.

İnternet.org vasitəsilə insanları bir-birinə bağlamağı qarşısına hədəf qoyan Zukerberq bunun üçün drone istifadə etməyi düşünür. Bu məqsədlə hazırda drone sektoruna böyük investisiyalar qoyur. Ancaq layihəsinin nə vaxt həyata keçəcəyi hələ ki məlum deyil.

 

2. Virtual reallıq – “Oculus”

2. Sanal gerçeklik ve Oculus

Son bir neçə ildə həyatımıza daxil olan virtual reallıq Zukerberqin də maraq dairəsindədir. Virtual reallıq eynək firması – “Oculus”u iki milyard dollara alan iş adamının bu sahədə edəcəyi yenilikləri hər kəs səbirsizliklə gözləyir.

 

3. Süni beyin

3. Adım adım yapay zeka

Süni beyin artıq sadəcə elmi fantastik filmlərin mövzusu deyil. Çin və Yaponiya kimi ölkələrin milyardlarla dollar sərmayə qoyduğu süni beyin tədqiqatları Zukerberqin də diqqətini çəkib.

Deyilələrə görə, bu sahədə birincilərdən olmağı hədəfləyən Zukerberq görmə qabiliyyətini itirmiş şəxslərə xəbərləri vizual açıqlama ilə çatdıran beyin üzərində çalışır.

 

4. Müalicəsi olmayan xəstəliklər üzərində tədqiqatlar

4. Tedavisi olmayan hastalıklar üzerine araştırmalar

Həyat yoldaşı Pricillanın təşəbbüsçüsü olduğu layihəyə bu vaxta qədər 2 milyard dollardan çox büdcə ayrılıb. Layihənin əsas məqsədi müalicəsi olmayan xəstəliklərə çarəsini axtarıb tapmaqdır.

 

5. Fərdiləşdirilmiş təhsil layihəsi – “Andela”

5. Kişiselleştirilmiş eğitim projesi Andela

Fərdiləşdirilmiş təhsil proqramı – “Andela” Zukerberqin irəli sürdüyü və hər kəsin istifadə edə biləcəyi təhsil layihəsidir.

Sahibkar bu layihəsinə də milyonlarla dollar yatırıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir