nahar

“Food Quality and Preference” jurnalı: SƏSSİZLİK ARIQLADIR

Baxış sayı: 1. 588

Yeməyinizi yeyərkən bir tərəfdən də televiziya izləməyimi sevirsiniz? Yoxsa dostlarla söhbət etmədən yemək sizə darıxdırıcımı gəlir? Ən azından arxa fonda musiqi olmalı deyirsinizsə bunu dinləyin: Bəlkə də sizə lazım olan yalnız səssiz şəraitdə yeməkdir …

“Food Quality and Preference” jurnalının apardığı araşdırmaya görə, iki nəfərlik səssiz bir yemək masası yalnız mühiti gözəlləşdirməklə qalmır, yeməyin ləzzətini daha yaxşı hiss etmənizi təmin edir. İnsanlar səs-küylü bir mühitdə yediyi yeməyin dadını, səssiz bir mühitdə yediyinə görə daha az ayırd edir. Araşdırmanın müəlliflərindən biri olan, İngiltərədəki Manchester Universitetindən Doktor Ellen Poliakoff qeyd edir ki, arxa plandakı səs-küylər diqqətinizi yayındırır, dərin dad alma duyğularını uzaqlaşdırır. Bu vəziyyətdə də boşqabınıza duz əlavə edir və ya əlinizi zərərli ekstralara uzadırsınız.

Qabınızda hər nə varsa, dadına hiss edərək səssizlik içində yeyin. Yeməyi sevgilinizlə birlikdə hazırlayıb və birlikdə süfrəyə otursanız çox daha yaxşı olar. Belə ki, bu vəziyyətdə özünüzü daha xoşbəxt hiss edəcəyiniz üçün daha az yeyəcəyinizə zəmanət verə bilərik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir