fosfor

Fosfor insan bədəni üçün nə dərəcədə əhəmiyyətlidir?

Baxış sayı: 2. 635

Fosfor ən faydalı minerallardan biridir. Bədənin ən məhsuldar 2-ci mineral olan fosfor bədən çəkisinin 1 faizini tutur.

Orqanizminizdə fosfor çatışmazlığı meydana gələndə sümüklər zəifləyir, oynaq ağrıları, diş çürüməsi, anoreksiya, halsızlıq, qəfil arıqlamaq kimi hallar özünü göstərir, həm də inkişafın dayanmasına səbəb olur.

Qidalanma tərzində  kiçik dəyişikliklər edərək orqanizmi fosforla təmin edə bilərsiniz.

Fosforun ən əsas vəzifələrindən biri sümükləri gücləndirməkdir. Orqanizminizdə olan fosfor miqdarının 85 faizi sümüklərdə olur.

Fosfor mineralı həzm sistemi və metabolizm üçün də olduqca əhəmiyyətlidir. O, ishal və qəbizlik kimi həzm problemlərini də aradan qaldıraraq metabolizmin düzgün işləməsini təmin edir.

Fosfor çatışmazlığı zamanı orqanizm B vitamini ehtiyacını ödəyə bilmir.

Bədənin düzgün işləyə bilməsi üçün əsas qida maddəsi zülaldır və fosfor zülal sintezində olduqca əhəmiyyətli mineral sayılır.

Fosfor bədənin zülalları həzm etməsinə yardım edir. Beləliklə orqanizm güclənir və arzuolunmaz piylərə mane olur.

Bədəndəki hormonların tarazlığını təmin edən fosfor qadın sağlamlığında böyük əhəmiyyət daşıyır. Belə ki, fosfor hormonları tarazlayaraq menstruasiya dövründə ortaya çıxan xoşagəlməz əlamətləri aradan qaldırır. Fosfor hormonların sintezini tənzimləyir.

Fosforla birlikdə hüceyrələr ehtiyac duyduqları enerjini alır və özünüzü möhtəşəm hiss edirsiniz.

İnsanlar qüvvətli və güclü olmaq üçün zülalla zəngin qidalara üstünlük verirlər.  Halbuki, fosfor da əzələ zəifləməsi və yorğunluqla mübarizə aparır. Beləliklə, əzələli və aktiv qala bilirsiniz.

İdmandan sonra yaranan ağrılara çox yaxşı təsir edən fosfor idmandan sonra yaranan əzələ ağrıları üçün olduqca faydalıdır.

Böyümə dövründəki uşaqlar sümüklərin inkişafı üçün fosfor mineralına ehtiyac duyur.

Fosfor həm də  zehni gücləndirən təsirə malikdir.

Fosfor mineralı bir çox qidanın tərkibində olsa da, bəzi qidalar əsl mineral anbarıdır. Məsələn, ət, süd məhsulları, fındıq, günəbaxan, düyü, paxla və kartof fosforun zəngin mənbəyi sayılır.

 

Publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir