123456

Gələcəkdə sıradan çıxacaq və artıq tarixə qovuşan 10 peşə

Baxış sayı: 1. 033

Vaşinqton alimləri dünyada hazırda populyar olan 773 peşəni analiz edərək, gələcək üçün ən yaxşı və ən uğursuz peşələrin siyahısını tərtib ediblər. Həmin siyahıda ən uğursuz 10 peşələr bunlardır – telefon operatoru, günəmuzd fəhlə işçi, reklam idarə heyətinin əməkdaşı, fotoqraf, proyekt tərtibatçısı, ayaqqabı hazırlayan cihaz operatoru, dərzi, toxucu aparatlarının nəzarətçisi, prefabrik ev mühəndisi, saatsaz.

Ən uğurlu peşələr isə bunlar hesab olunub:  fiziki terapevt, həkim, həkim köməkçisi, informasiya təhlükəsizliyi üzrə analitik, kompüter sistemi üzrə direktor, marketinq tədqiqatçısı, maliyyə meneceri, səhiyyə xidmətləri meneceri, tibb bacısı, fizioterapevt.

Alimlər həmçinin bildiriblər ki, hazırda populyar olan bir neçə peşə var ki, gələcəkdə artıq onlara ehtiyac qalmayacaq. Məsələn, müəllim peşəsi. Məlum olduğu kimi, son illərdə tələbələrin əksəriyyəti onlayn bilgi almağa meyl göstərir. Bununla da onlayn təhsilə tələbat artmaqdadır.

Və yaxud traktor sürücüsü peşəsi getdikcə sıradan çıxmağa başlayıb. Artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində ağıllı robot traktorlardan istifadə olunur.

Radio DJ-liyi. Son illərdə mahnı siyahısını tərtib edə bilən, yeni melodiyalar belə yarada bilən robotlar yaranıb. Bununla da radio DJ-lərinə ehtiyac qalmayacaq.

Eləcə də məktub paylaşayan poçt işçiləri yaxın gələcəkdə işsiz qalacaq. Çünki məktubları qapılara buraxan robotlar icad edilib.

gelecekte olmayacak meslekler ile ilgili görsel sonucu

Əmlakçılar – hazırda internet resuslarında çoxlu sayda əmlak məsələləri ilə bağlı elanlar, saytlar olduğundan, əmlak ofislərinə gedənlərin sayı kəskin şəkildə azalıb.

Beləliklə, müasir dövrümüzdə bir çox texniki avadanlıqlar yeniləri ilə əvəz olunur,  peşələr də bir-birini əvəzləyir. Texnologiyanın inkişafı yeni iş imkanları yaratdığı kimi köhnə peşələri də yavaş-yavaş sıradan çıxardır, tarixə qovuşdurur.

Ölkəmizdə də bir neçə tarixə qovuşan, sıradan çıxan çoxlu sayda peşə var, hansı ki, 40-50 il bundan əvvəl həmin peşələr çox populyar idi. Məsələn, sovet dövründə telefonçu, liftçi peşələri var idi ki, artıq bu gün onlara ehtiyac yoxdur. Əgər əvvəllər telefonçu olmadan kiminləsə əlaqə saxlamaq mümkün deyildisə, bu gün hətta kiçik yaşlı uşaqlar belə mobil telefon vasitəsi ilə istədiyi şəxsə zəng vurub danışa bilir. Liftçi sənətinə gəldikdə isə əvvəllər bu peşə məsuliyyətli peşələrdən biri hesab olunurdu. Liftçilər kabinələrdə, onların ətrafında təmizliyə nəzarət edir, kənar şəxslərin liftdən boş-boşuna istifadəsinə imkan vermirdilər. Bəzən olurdu ki, bina sakinləri uzaq səfər gedəndə evin açarını liftçiyə etibar edirdilər.

Dünyada olduğu kimi, ölkəmizdə də artıq dərzi peşəsinə maraq getdikcə azalmağa başlayıb. İnsanlar əksərən geyim mağazalarından paltar almağa üstünlük verir, çox az hallarda dərziyə üz tutanlar olur.

Və yaxud illər öncə bütün dünyada makinaçı sənəti geniş yayılmışdı. Bütün idarə, elmi müəssisələrdə mütləq şəkildə makinaçılara ehtiyac yaranırdı. Xüsusən də nəşriyyatlarda, mətbuatda makinaçıların rolu əvəzsiz idi. Makinaçılar tez, baxmadan yazmaq üçün sanki yarışa girirdilər. İndi isə çox nadir hallarda makina arxasında çalışana rast gəlmək mümkündür. İndi bu makinaları noutbuklar, kompüterlər əvəz edib.

gelecekte olmayacak meslekler ile ilgili görsel sonucu

Zaman keçdikcə kitabxanaçı sənəti də sıradan çıxmağa başlayır. Əvvəllər texniki kitabxanalar hər bir istehsalatda, müəssisədə var idisə, bu gün kitabların, sənədlərin tərtibatı kompüter vasitəsilə aparılır. Bu da kitabxanaçı peşəsinin yavaş-yavaş tarixə qovuşmasına gətirib çıxarır.

Sovet dövründə poçtalyon sənəti də populyar peşələrdən biri di. Övladlarını, sevgililərini əsgərliyə yola salan insanlar poçtalyonlardan məktub gözləyir, onlara qarşı xüsusi rəğbət hissi bəsləyirdilər. Poçtalyonlara mahnılar, şeirlər də yazılıb. Məsələn, “Ana və poçtalyon” şeirini orta nəsil arasında bilməyən demək olar ki, yoxdur. Bu gün isə e-mail, internet ressusları vasitəsilə insanlar bir-biri ilə əlaqə saxlayır, məktublaşır, yəni poçtalyona ehtiyac qalmır.

Pinəçi sənəti də keçmişə qovuşmağa başlayıb. Konsertə, məclisə, görüşə tələsənlər mütləq yollarını pinəçi yanından salırdı. İndi isə hər kəsin evində ayaqqabı təmizləyən müxtəlif çeşiddə avadanlıqlar var.

Keçmişdən bizə yadigar qalan misgərlik və dəyirmançı sənəti isə artıq tarixə qovuşub. Texnika müasirləşdikcə su dəyirmanlarına da maraq azalıb. Halbuki su dəyirmanı keyfiyyətli un istehsal edir. Su dəyirmanının unu keyfiyyətinə görə digər unlardan xeyli fərqlənir. Misgərlik sənətinə gəldikdə isə ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar ortalığa çıxan vaxtdan mis məmulatları da, misgərlik sənəti də sıradan çıxıb. Bu gün çox az hallarda misgərlik sənəti ilə məşğul olan sənətkarlar var.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir