IMG-20200212-WA0055

“Gələcəyin Beyinləri” layihəsi başa çatdı

Baxış sayı: 189
“Azərbaycan Respublikasının Gənclər Fondunun” maliyyə dəstəyi, Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Gələcəyin Beyinləri” layihəsi başa çatmışdır.
8-11 fevral tarixləri arasında Ağcabədi Şahmat Məktəbində baş tutan 4 günlük layihədə Ağcabədi şəhər 8 saylı, 9 saylı, 11 saylı, 12 saylı tam orta məktəblərin 8-9-10-cu sinif şagirdlərindən ibarət və hər birində 6 nəfər olmaqla 6 komanda, ümumilikdə isə 144 məktəbli iştirak etmişdir.
Tədbirə giriş sözü ilə başlayan layihə rəhbəri Yasin Məmmədov “Azərbaycan Respublikasının Gənclər Fonduna” maliyyə dəstəyinə görə, həmçinin Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinə təşkilati dəstək üçün öz təşəkkürünü bildirmiş, layihə haqqında iştirakçıları məlumatlandırmışdır.
Tədbir ərzində məktəblilər intellektual səviyyələrini nümayiş etdirərək gərgin mübarizə aparmış, sertifikat, kubok və medallarla təltif olunmuşdurlar.
C.İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəb üzrə “Zirvə”
Ağcabədi şəhər 9 saylı tam orta məktəb üzrə “Qarabağ”
M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəb üzrə “Uğur”
Ə.Alıyev adına Ağcabədi şəhər 12 saylı tam orta məktəb üzrə “Turan” komandası qalib olmuşdur.
#AzGF #GenclerFondu #Geleceyin beyinleri #Intellekt



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir